Главная > Siyasət > Ərdoğanın adı Azərbaycan tarixinə yazıldı
Ərdoğanın adı Azərbaycan tarixinə yazıldı10-12-2020, 11:15. Разместил: azadses |
“Rəcəb Tayyib Ərdoğanın adı Azərbaycan tarixinə özəl olaraq yazıldı”. ''Azad Səs'' Publika.az-a istinadən xəbər verir ki, bunu Dünya Azərbaycanlıları Konqresinin sədri Asif Qurban deyib. O bildirib ki, Türkiyə prezidentinin Azərbaycana faydalı töhfələri heç zaman unudulmayacaq. “Vətən müharibəsində Türkiyə həm mənəvi, həm də siyasi baxımdan Azərbaycanın yanında oldu. Bu Zəfəri qeyd etmək üçün paytaxt Bakıda parad keçiriləcək. Paradda iştirak edəcək türk əsgərləri məşqlər zamanı xalq tərəfindən maraq və sevgi ilə qarşılandı. Xalqımız türk ordusuna öz ordusu kimi baxır və güvənir. Prezident Ərdoğana çox təşəkkür edirik. Siyasi olaraq ən ali səviyyədə Azərbaycanın yanında oldu və bir an bizi tək qoymadı. Prosesləri şəxsən izlədi. Müzəffər Ali Baş Komandan İlham Əliyev ilə mövzuları davamlı müzakirə etdi və dəstək verdi. 100 il əvvəl olanları necə xatırlayıb kitablarda oxuyuruqsa, bu gün olanları da gələcəkdə elə xatırlayacağıq”. Вернуться назад |