Главная > Siyasət > İlin sonunadək planlaşdırılır: Xankəndidən sonra Ağdərə və Xocavənd də...

İlin sonunadək planlaşdırılır: Xankəndidən sonra Ağdərə və Xocavənd də...


9-12-2020, 13:57. Разместил: azadses
Rusiya Müdafiə Nazirliyinin Beynəlxalq Ərazilərinin Minalardan Təmizlənməsi Mərkəzinin hərbi qulluqçuları Xankəndi şəhərində 15 mindən çox mərmi aşkarlayıb.
''Azad Səs'' Publika.az-a istinadən xəbər verir ki, mühəndis-kəşfiyyat və mina təmizlənməsi əməliyyatları şəhər ərazisi və ətrafda həyata keçirilib.
İstehkamçılar Xankəndidəki işlərini ilin sonunadək başa vuracaqlarını ehtimal edir.
Təmizləmə əməliyyatları daha sonra Xocavənd və Ağdərə bölgəsində başlayacaq.


Вернуться назад