Главная > Siyasət > DTX rəisi Əli Nağıyev Rusiya sülhməramlılarının komandanı ilə - FOTOLAR

DTX rəisi Əli Nağıyev Rusiya sülhməramlılarının komandanı ilə - FOTOLAR


9-12-2020, 11:58. Разместил: azadses
Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, general-polkovnik Əli Nağıyevin Dağlıq Qarabağdan yeni fotoları yayılıb.

''Azad Səs'' Modern.az-a istinadən xəbər verir ki, bu fotolarda Əli Nağıyev  Dağlıq Qarabağdakı Rusiya Sülhməramlı kontingentinin komandanı, general-leytenant Rüstəm Muradovla görüntülənib.

Xatırladaq ki, Əli Nağıyev Ali Baş Komandan İlham Əliyevin tapşırığı ilə işğaldan azad olunmuş Şuşa şəhərinin təhlükəsizliyinin gücləndirilməsi, şəhərdə hərbi və hüquq-mühafizə orqanları arasında koordinasiya işinin təşkili məqsədilə 19-20 noyabr tarixlərində Şuşaya xidməti səfəri etmişdi. Səfər çərçivəsində Ə.Nağıyev həmçinin Füzuli şəhəri və Hadrut qəsəbəsində DTX-nin yeni fəaliyyətə başlamış yerli şöbələrinin təchizat məsələləri və iş şəraiti ilə tanış olmuş, Müdafiə Nazirliyi və digər strukturların əməkdaşları ilə görüşlər keçirmiş, qarşıda duran birgə vəzifələr müzakirə olunmuşdu.

Ehtimal olunur ki, DTX rəisi həmin səfər zamanı Rusiya Sülhməramlı kontingentinin rəhbərilə də görüşüb, vəziyyətlə bağlı müzakirə aparıb.


Bu isə o deməkdir ki, Azərbaycanın dövlət rəsmiləri Dağlıq Qarabağda baş verənləri ciddi şəkildə izləyir, yeri gələndə prosesə müdaxilə edirlər.


Вернуться назад