BQXK Qarabağdakı kontingentini 4 dəfə artıracaq
- 24-11-2020, 08:49
- Siyasət
Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) prezidenti Peter Maurer BQXK-nın Dağlıq Qarabağdakı kontingentində 4 dəfə artım olacağını açıqlayıb.
''Azad Səs'' “Report”-a istinadən xəbər verir ki, o, bu barədə RBK-ya müsahibəsində bildirib.
“Münaqişə böyüdükcə daha çox iş görməli olduğumuzu anladıq. Müharibədən əvvəl bölgədəki missiyamızın büdcəsi 10 milyon İsveçrə frankı idisə, gələn il bu məbləğ 45 milyon olacaq. Yəni mövcudluğumuzu dörd dəfə artıracağıq. Orada çox az adamımız var idi. İndi isə bölgəyə əlavə 400-500 nəfər göndərməyi planlaşdırırıq. Son günlərdə varlığımızı artırmışıq”, - o deyib.
P.Maurer əlavə edib ki, BQXK-nın Yerevanda, Bakıda, Bərdədə ofisləri var, həmçinin komitə nümayəndələri Xankəndinə qayıdır, daha bir-iki ofis açmaq planlaşdırılır.