Əgər Ermənistan yenə atəşkəsi pozarsa, bədəlini ödəyəcək - XƏBƏRDARLIQ
- 12-11-2020, 11:16
- Siyasət
“Azərbaycanda olmaqdan çox şadam. Bu vəsilə ilə Ali Baş Komandanı, xalqı və ordumuzu təbrik edirəm”.
''Azad Səs'' Modern.az-a istinadən xəbər verir ki, bu gün keçirilən mətbuat konfransında Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu belə deyib. O qeyd edib ki, uzun illər səbr etsək də, diplomatiyanı, danışıqları, atəşkəsi pozan Ermənistan oldu:
“Atəşkəsin və sonrasında qurulacaq sistemin qalıcı bir sülhə səbəb olacağına ümid edirik. Qalıcı çözüm qardaş Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq müddəalar əsasında nəticələnməlidir. Bundan ermənilər də faydalanacaq. Biz hər zaman Azərbaycanın yanında olacağıq. Bundan sonra atılacaq addımlarda da kömək olacağıq və məsələləri birlikdə tənzimləyəcəyik. Minsk qrupu da dərs almalıdır. Fransa obyektiv münasibət sərgiləmədi. Amma cənab İlham Əliyev Fransanın atəşkəs çağırışına olumlu baxdı. Bunlara baxmayaraq, onlar erməniyanlı danışır. Bu belə davam edərsə, Fransa kənarlaşdırılır və hörmətini itirər. Haqsız Ermənistanı dəstəkləyərək müddəti baltalamasın. Bakıdan getmədən öncə bunları sizinlə paylaşmaq istədim. İşğal olunmuş torpaqların bütünü Azərbaycana veriləcək. Digər tərəfdən, bu anlaşmada Ermənistan baş nazirinin imzası var. Əgər yenə atəşkəsi pozarlarsa, bədəlini ödəyərlər. Azərbaycan qan tökməyə maraqlı deyil, hər nə qədər Azərbaycan himnində “Səndən ötrü qan tökməyə cümlə qadirik” deyilsə də. Azərbaycan çox səbr etdi. Seçim Ermənistanındır. Xalqın reaksiyasını görürük orada. Sülh gələndə bundan necə faydalanacaqlarını düşünməlidirlər”.