MN: Düşmənin Su-25 döyüş təyyarəsi məhv edilib
![](/uploads/posts/2020-11/medium/1604301047_ujnkm.jpg)
''Azad Səs'' xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib.
Qeyd edək ki, noyabrın 1-də gün ərzində Ermənistan-Azərbaycan dövlət sərhədinin Zəngilan rayonu sahəsində Ermənistan silahlı qüvvələrinin bölmələri hücum etməyə cəhd göstərib. Döyüş nəticəsində canlı qüvvə sarıdan 30-dək itki verən düşmən, Ermənistan ərazisinə çəkilməyə məcbur edilib.