azadses.az » Siyasət » Elçin Əmirbəyov Hindistan ictimaiyyətini Gəncəyə raket zərbələri barədə məlumatlandırıb

Elçin Əmirbəyov Hindistan ictimaiyyətini Gəncəyə raket zərbələri barədə məlumatlandırıb

Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyov oktyabrın 17-də Hindistanın TV-9 telekanalının birbaşa efirində Hindistan ictimaiyyətini bu gecə Ermənistan ərazisindən Gəncəyə növbəti raket zərbələri endirmiş Ermənistan rəhbərliyinin növbəti müharibə cinayəti barədə məlumatlandırıb.
''Azad Səs'' "Report"-a istinadən xəbər verir ki, E.Əmirbəyovun sözlərinə görə, “Elbrus” və “Toçka U” qanadlı raketlərindən istifadə edilməklə törədilmiş bu alçaq terror aktı nəticəsində Gəncənin 13 nəfər dinc sakini, o cümlədən 2 uşaq öldürülüb, 40-dan artıq adam yaralanıb. Yerevanda öz əməlləri ucbatından çıxılmaz vəziyyətdə qalan aciz cinayətkar rejim döyüş meydanında öz işğalçı silahlı qüvvələrinin tamamilə darmadağın olunmasının davam etməsi fonunda növbəti dəfə gecə vaxtı yuxuda olan dinc vətəndaşlara əl qaldırıb, özünün fərsiz hərbi avantürasının uğursuzluğunu günahsız mülki əhaliyə qorxaqcasına hücum yolu ilə kompensasiya etməyə çalışıb.
Birinci vitse-prezidentin köməkçisi vurğulayıb ki, döyüş əməliyyatları zonası hüdudlarından uzaqda yerləşən Gəncə və Azərbaycanın digər iri şəhəri Mingəçevir artıq dördüncü dəfədir ki, raket atəşinə məruz qalır. Bu, döyüş meydanında daha iri məğlubiyyətlərə uğrayacağını bilən Ermənistan rəhbərliyinin çarəsizliyinə və ümidsizliyinə sübutdur. Münaqişənin dinc yolla nizamlanmasını təkzib edən və humanitar atəşkəs haqqında Moskva razılaşmalarını kobud şəkildə pozan Ermənistan növbəti dəfə beynəlxalq birliyə meydan oxuyur. Ümidvarıq ki, beynəlxalq birlik və xüsusən ATƏT-in Minsk qrupunun həmsədrləri insanlıq əleyhinə cinayətlər olan bu raket zərbələrinə sərt reaksiya verəcəklər.
E.Əmirbəyov qeyd edib ki, Azərbaycan özünümüdafiə və öz əhalisinin təhlükəsizliyinin təmin edilməsi üçün qanuni hüququnu saxlayır və ağlını itirmiş düşmənin dərsini vermək, gələcəkdə bu cür qeyri-insani hərəkətlərin təkrarlanmaması üçün, o cümlədən düşmənin legitim hərbi hədəflərini, onların harada yerləşməsindən asılı olmayaraq neytrallaşdırmaq yolu ilə qarşısını almaq üçün bütün zəruri tədbirləri görür.
E.Əmirbəyov Hindistan auditoriyasını məlumatlandırıb ki, rəşadətli Azərbaycan ordusunun davam edən zəfər yürüşü nəticəsində bu gün, 27 illik işğaldan sonra Füzuli şəhəri və Füzuli rayonunun yeddi kəndi azad edilib. Azərbaycanın ermənilər tərəfindən hərbi işğalına son qoyulacağı, Şuşada və Xankəndidə Azərbaycan bayrağının qaldırılacağı gün uzaqda deyil.
E.Əmirbəyov daha sonra deyib: “Bu müharibə cinayətinin nəticələrinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin, ilk növbədə, müharibə canisi olan baş nazir Paşinyanın üzərinə düşür, o, hökmən beynəlxalq tribunal qarşısında cavab verməli olacaq”.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Xətai rayonunda yük maşını aşıb, yaralanan var
  2. Suraxanıda avtomobillər toqquşub, 34 yaşlı kişi xəsarət alıb
  3. Bakıda yol qəzasında 1 yaşlı körpə xəsarət alıb
  4. Subunçuda avtomobil aşıb, xəsarət alan var
  5. Şamaxıda 4 yaşlı uşaq yol qəzasında xəsarət alıb
  6. Argentinada 6 maqnitudalı zəlzələ olub
  7. Şanlıurfada yol qəzası olub, ölənlər var
  8. Lerik rayonunda zəlzələ baş verib
  9. Sabunçuda 27 yaşlı gənci avtomobil vurub
  10. Salyanda yay şumu qaldırılır
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gündən Qarabağ Universitetində tədris prosesinə başlanılır
Bu gündən Qarabağ Universitetində tədris prosesinə başlanılır
Sentyabrın 23-dən Xankəndi şəhərində Qarabağ Universitetində tədris prosesinə başlanılır. "Report" xəbər verir ki, Ətraflı
Bu gün 1 500-dən çox namizəd peşəkar mühasib sertifikatı imtahanı verəcək
Bu gün 1 500-dən çox namizəd peşəkar mühasib sertifikatı imtahanı verəcək
Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) peşəkar mühasib sertifikatı (PMS) imtahanının I mərhələsini (mühasibat uçotu üzrə) Ətraflı
Bütün xəbərlər
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"