Lavrov və Çavuşoğlu cəbhədəki vəziyyəti müzakirə ediblər
Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu və onun rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı olub.
''Azad Səs'' “Report”-a istinadən xəbər verir ki, bu barədə məlumatı TASS yayıb.
Məlumata görə, onlar Azərbaycan-Ermənistan arasındakı vəziyyətin gərginləşməsini müzakirə ediblər.