Faiq Ağayevə yüksək vəzifə verildi - FOTO
- 19-09-2020, 18:22
- Siyasət
![](/uploads/posts/2020-09/medium/1600528849_x2.jpg)
''Azad Səs'' Pravda.az-a istinadən xəbər verir ki, nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyinin sədrinə müavin təyin olunub.
Bu vəzifəyə Faiq Bahadur oğlu Ağayev təyinat alıb.
Qeyd edək ki, F.Ağayev 1986-cı ilin noyabrın 12-də anadan olub. O, bu təyinata qədər Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Aparatında Hüquqi maarifləndirmə, elmi-analitik, informasiya və beynəlxalq əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışıb. Eyni zamanda 2017-ci ildən Bakı Dövlət Universitetinin “İnsan hüquqları və informasiya hüququ üzrə YUNESKO” kafedrasının müəllimidir.Report
![](/uploads/posts/2020-09/medium/1600528922_x1.jpg)