Ali Məhkəmənin sədri: "Azərbaycanda ədalətli və azad seçkilərin keçirilməsi üçün bütün şərait mövcuddur"
- 8-01-2024, 16:09
- Siyasət
Ali Məhkəmənin sədri İnam Kərimov Azərbaycanda ədalətli və azad seçkilərin keçirilməsi üçün bütün şəraitin mövcud olduğunu bildirib.
"Report"un xəbərinə görə, o, seçki mübahisələrinin məhkəmə qaydasında həllinə həsr olunan tədbirdə deyib ki, seçkilərin demokratik, azad və şəffaf həyata keçirilməsi üçün başlıca şərt ölkədə olan ictimai-siyasi sabitlikdir:
"Deyə bilərəm ki, ölkəmizdə ədalətli, şəffaf, azad seçkilərin keçirilməsi üçün bütün şərtlər və lazımi şərait mövcuddur".
İ.Kərimov vurğulayıb ki, ölkədə seçki ilə bağlı əsas yük həmişə olduğu kimi, Mərkəzi Seçki Komissiyasının üzərinə düşür: "İnanıram ki, bu il də qarşıya qoyulan vəzifələr Mərkəzi Seçki Komissiyası tərəfindən yüksək peşəkarlıqla yerinə yetiriləcək. Bu işdə məhkəmə hakimiyyəti olaraq üzərimizə düşən öhdəlikləri yerinə yetirməyə hazırıq".