Türkiyənin sabiq XİN başçısı Prezident İlham Əliyevi təbrik edib
- 28-09-2023, 21:05
- Siyasət
1991-1994-cü illərdə Türkiyənin xarici işlər naziri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Hikmət Çətin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
"Report"un məlumatına görə, mətndə deyilir:
"Hörmətli cənab Prezident!
Qarabağ probleminin sülh yolu ilə həlli üçün 30 il gözlədikdən sonra məcburən müharibə edərək qalib gəldiniz. Böyük Zəfər qazanmağınız münasibətilə Sizi bir daha təbrik edirəm. Təəssüf ki, beynəlxalq aləmdə haqlı olmaq problemi həll etmir. Hərbi sahədə güclü olmaq lazımdır. Güclü olan haqlıdır. Siz Qarabağda bunu sübut etdiniz, güclü oldunuz və qalib gəldiniz.
Bu yaxınlarda Qarabağda həyata keçirilən antiterror tədbirləri zamanı şəhid olanlara Allahdan rəhmət, onların ailələrinə səbir diləyirəm.
Cənab Prezident, fürsətdən istifadə edərək onu da bildirirəm ki, sentyabrın 20-21-də Nyu-Yorkda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin XXVI toplantısı uğurla keçdi. Nailiyyətlərin davamlı olmasını arzu edirəm.
Sizə cansağlığı arzulayır, dərin ehtiramımı bildirirəm".