Məhkəmə-Hüquq Şurası Aparatının əməkdaşı beynəlxalq təqaüd proqramının qalibi olub
- 28-08-2023, 21:10
- Siyasət
Məhkəmə-Hüquq Şurası Aparatının əməkdaşı nüfuzlu beynəlxalq təqaüd proqramının qalibi olub.
"Report" xəbər verir ki, Aparatın Korrupsiyaya qarşı mübarizə və məhkəmə monitorinqi sektorunun müdiri Seyfəlpaşa Əliyev Böyük Britaniya hökumətinin nüfuzlu Çivninq (Chevening) Təqaüd Proqramı çərçivəsində (Kembric Universitetinin Beynəlxalq Trust təqaüd proqramı ilə birgə) qabaqcıl ali təhsil müəssisəsi Böyük Britaniyanın Kembric Universitetinin hüquq üzrə magistr proqramına tam təqaüdlə qəbul olub.
Qeyd edək ki, Seyfəlpaşa Əliyev daha əvvəl Bakı Dövlət Universitetinin Hüquq fakültəsində “hüquqşünaslıq” ixtisası üzrə bakalavr və “Kommersiya hüququ” ixtisası üzrə (xarici dildə) magistr pillələrini fərqlənmə diplomu ilə bitirib, ali məktəbə qəbul imtahanlarında yüksək göstəriciyə görə Azərbaycan Prezidentinin müvafiq sərəncamı ilə Prezident təqaüdünə layiq görülüb.
O, 2016-cı ildən Məhkəmə-Hüquq Şurasının Aparatında müxtəlif vəzifələrdə, o cümlədən 2020-ci ildən sektor müdiri vəzifəsində çalışır.