ABŞ Dövlət Departamenti erməni təxribatı barədə: “Gücdən istifadə danışıqlar prosesinə mane olur”
- 13-04-2023, 14:04
- Siyasət
“Biz aprelin 11-də Ermənistan və Azərbaycan qoşunları arasında baş vermiş silahlı toqquşmalara görə təəssüflənirik”.
Bu barədə ABŞ Dövlət Departamentinin Ermənistanın aprelin 11-də Azərbaycanla şərti dövlət sərhədində törətdiyi təxribatla bağlı yaydığı açıqlamada qeyd olunub.
Açıqlamada vurğulanır ki, münaqişənin hərbi yolla həlli ola bilməz və mübahisələrin həlli üçün gücdən istifadə yolverilməzdir:
“Davamlı sülhün yeganə yolu danışıqlar masası arxasındadır. Gücdən istifadə isə danışıqlar prosesinə mane olur”.
Qeyd edək ki, aprelin 11-i saat 16:20 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki üzbəüz mövqelərini minaatan və iriçaplı silahlardan istifadə etməklə atəşə tutub. Hərbi qulluqçularımızın sayıqlığı nəticəsində Ermənistan tərəfinin təxribatının qarşısı qətiyyətlə alınıb, atəş mövqeləri susdurulub. Ordumuz tərəfindən görülən cavab tədbirləri zamanı Ermənistan silahlı qüvvələrinin bölmələri xeyli sayda itki verib.
Ermənistan tərəfinin təxribatının qarşısını alarkən Azərbaycan Ordusunun hərbi qulluqçuları Vidadi Nizami oğlu Zalov, Elşad Qabil oğlu Həsənov və Səbuhi Gündüz oğlu Tağıyev şəhid olublar.
Mənbə: State.gov