azadses.az » Siyasət » Brüssel yürüşü: Diaspor Güney Azərbaycan türklərinin tələblərini dəstəkləyir - ŞƏRH + FOTO

Brüssel yürüşü: Diaspor Güney Azərbaycan türklərinin tələblərini dəstəkləyir - ŞƏRH + FOTO

Brüssel yürüşü: Diaspor Güney Azərbaycan türklərinin tələblərini dəstəkləyir - ŞƏRH + FOTO
Güney Azərbaycan türklərinin İranda yeniliklərə başçılıq etdikləri bir daha təsdiqlənir. 1979-cu il inqilabı Təbrizdəki hərəkat sayəsində genişlənib, Pəhləvi rejiminin devrilməsi ilə nəticələnmişdi. Sonradan bu nailiyyətdən Xomeyni və ətrafı istifadə edərək islam adı atlında Pəhləvidənqalma panfarsizm ideyalarını həyata keçirməyi davam etdirdi. Bununla da Azərbaycan türklərinin inqilabın qalib gəlməsi yolunda verdikləri itkilər və çəkdikləri əzablar milli hüquqlarının təmini baxımından nəticəsiz qaldı. İnqilabdan sonra yeni Konstitusiyaya milli hüquqların təmini ilə bağlı maddələr daxil edilsə də, Tehran rejimi ötən 43 ildə onlara əməl etmir.

Bu isə yeni hərəkatların yaranmasını şərtləndirir. İran-İraq müharibəsi başa çatandan sonra, 1990-cı illərdən başlayaraq Azərbaycan Milli Hərəkatı milli haqların təmini istiqamətində genişmiqyaslı aksiyalar keçirib. Babək qalasına yürüş, Dünya Azərbaycanlılarının Konqresinin fəaliyyəti və başqalarını buna nümunə göstərmək olar.

Sentyabrda İranda “Qadın, Azadlıq, Ədalət!” şüarı ilə başlayan etiraz aksiyasına Güney Azərbaycan türkləri də öz şüarları ilə qatıldılar: “Azadlıq, Ədalət, Milli hökumət!”

Güneylilər keçirdikləri aksiyalarda “Bura Azərbaycandır: Bir qana yüz bir qandır!”, “Təbriz, Urmu, Qarabağ, əsir qalmaz bu torpaq!”, “Bu torpaqda, bu eldə, qalmaz bu qanlar yerdə!”, “Bəsic”, SEPAH müftəxor, qan qusacaq diktator! “Nə şahçıyam, nə şeyxçi, millətçiyəm, millətçi!”, “Azərbaycan milləti, çəkəməz bu zilləti!” kimi Azərbaycan türkcəsində şüarlar səsləndiriblər.

Onların haqlı tələblərinə xaricdə yaşayan dünya azərbaycanlıları da dəstək verirlər. Belçikanın paytaxtı Brüsseldə, Avropa Parlamentinin binası qarşısında Avropada yaşayan Güney Azərbaycan türklərinin təşəbbüsü ilə “Azadlıq və ədalət yürüşü” adlı aksiya keçirilib. Yürüşdə “Azadlıq, Ədalət, Milli hökumət!”, “Yaşasın azadlıq və ədalət!”, “Məhv olsun orta əsr zehniyyətli İran İslam Respublikası!” şüarları səslənib.



Aksiyada yekun bəyanat qəbul olunub. Yürüş iştirakçıları Güney Azərbaycan türklərinin tapdanan və pozulan milli haqlarını tələb etməklə yanaşı, bütün dünya ölkələrini İran İslam Respublikası rejiminin legitimliyini rədd etməyə və İslam Respublikası rejimi ilə siyasi, iqtisadi əlaqələri dayandırmağa çağırıblar.

Aksiyada İranda yaşayan başqa etnik qrupların nümayəndələri də iştirak ediblər. Bu, Güney azərbaycanlıların milli hüquqların təmini ilə bağlı irəli sürdükləri tələblərin reallığı əks etdirdiyini bir daha təsdiqləyir. Aksiya İranda dəyişikliyin Azərbaycan türklərinin aparıcılığı ilə təmin olunacağını isbatlayır.

Yürüş diasporla Güney Azərbaycanda milli hüquqlarının təmini uğrunda mübarizə aparanların mövqe və hədəflərinin də bir olduğunu təsdiqlədi.

DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Digahda avtomobillə vurulan piyada xəstəxanada ölüb
  2. Hindistandan Almaniyaya uçan təyyarə Heydər Əliyev Aeroportuna təcili eniş edib
  3. Qaradağda qəza törədən sürücü ağır xəsarət alıb
  4. Binədə yolu keçən qadını avtomobil vurub
  5. Ağstafada sürücü qardaşını vuraraq öldürüb - YENİLƏNİB
  6. Xaçmazda 7 yaşlı uşaq yol qəzasında ağır xəsarət alıb
  7. Şəmkirdə bıçaqlanma zamanı ölən və xəsarət alanların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB
  8. Samuxda avtomobil ağaca çırpılıb, 3 nəfər xəsarət alıb
  9. Qəzada ölən vəzifəli şəxsin ailəsi 1 milyon manata yaxın təzminat tələb edir
  10. Günəşdə ən yüksək dərəcəli partlayış baş verdi
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün PMS üzrə imtahanın I mərhələsi keçiriləcək
Bu gün PMS üzrə imtahanın I mərhələsi keçiriləcək
Dövlət İmtahan Mərkəzi (DİM) bu gün peşəkar mühasib sertifikatı (PMS) üzrə imtahanın I mərhələsini (mühasibat uçotu üzrə) Ətraflı
Meksikanın Milli Politexnik İnstitutunun tələbələrinə COP29 haqqında mühazirə keçirilib
Meksikanın Milli Politexnik İnstitutunun tələbələrinə COP29 haqqında mühazirə keçirilib
Azərbaycan səfiri Meksikanın ən nüfuzlu ali təhsil müəssisələrindən olan Milli Politexnik İnstitutunun Ali Kommersiya və Ətraflı
Bütün xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Şou biznes
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?