“Qələbədən sonra istefa hüququmdan istifadə edəcəyəm”
"Prezidentin məni işdən çıxarmaq fikri yoxdur. Lakin rusiyalılarla hesablaşmalıyam".
"Qafqazinfo" xəbər verir ki, bunu Ukrayna müdafiə naziri Oleksiy Reznikov deyib.
Onun sözlərinə görə, Ukrayna Prezidenti Volodimir Zelenskinin onu işdən azad etmək fikri olmasa da, bu hüquqdan istifadə edə bilər:
"Öz istəyimlə istefa vermək hüququm var. Qələbədən sonra bundan istifadə edəcəyəm. Çünki qələbədən sonra nə ilə məşğul olacağımı bilirəm".