Polşa Belarusla sərhədlərini tamamilə bağlaya bilər
- 28-02-2023, 09:50
- Siyasət
Varşava Belarusla sərhədlərin tamamilə bağlanması ehtimalını istisna etmir.
Bunu Polşa daxili işlər nazirinin müavini Maçey Vonsiq bildirib.
“Polşa müxtəlif vəziyyətlərə hazırdır və mən Belarusla sərhəddə nəqliyyatın olmayacağını istisna etməzdim”, - deyə o, bəyan edib.
Nazir müavini ölkəsinin növbəti qərarlar qəbul etməzdən əvvəl Minskdən “müəyyən siqnallar” gözlədiyini vurğulayıb.
Qeyd edək ki, bundan əvvəl Polşa hakimiyyəti Bobrovnikidə Belarusla sərhəddəki sərhəd-keçid məntəqəsini bağlayıb. Belə bir addım dövlət təhlükəsizliyinin maraqları ilə izah edilib.