“Rusiya Bakı və İrəvanla sıx təmasdadır”.
“Qafqazinfo” xəbər verir ki, bunu Rusiya XİN-in MDB ölkələri üzrə Dördüncü Departamentinin direktoru Denis Qonçar deyib.
Onun sözlərinə görə, Rusiya vəziyyətin tez bir zamanda sabitləşməsinə yardım etmək məqsədilə lazımi tədbirlər görür.