ABŞ hərbçiləri Suriya neftini İraqa daşıyır
![](/uploads/posts/2022-08/medium/1661091709_299895815_388624736754247_9110471418580415816_n.jpg)
Ağır mühafizə altında iki neft tankeri karvanı Yarubiya sərhəd bölgəsindəki Əl-Mahmudiyyə keçid məntəqəsindən İraqa doğru irəliləyib.
Məlumata görə, Suriya yanacağını ixrac edən birinci karvanda 122 tank, ikincidə 15 tank olub. Daşınma Suriyanın şimal-şərqinə nəzarət edən Suriya Demokratik Qüvvələrinin (SDQ) kürd birləşmələrinin dəstəyi ilə həyata keçirilib. Daşınan neft Suriyanın Əl-Cəzirə bölgəsindəki yataqlarından çıxarılıb.