“Qisas” əməliyyatı nəticəsində ağır itkilər vermiş təxribatçılar silahları yerə qoydular
Azərbaycanın Qarabağ bölgəsində özünü separatçıların və qanunsuz silahlı dəstələrin başçısı hesab edən Araik Arutyunyanın qismən səfərbərlik barədə verdiyi “əmr”in icrası dayandırılıb.
Ermənistan mətbuatı yazır ki, A.Arutyunyan bu gün səfərbərlik barədə imzalamış “fərman”ın icrasını ləğv edib.
Qeyd edək ki, avqustun 3-də Azərbaycan Ordusu Qarabağda qeyri-qanuni erməni silahlı dəstələrinin üzvlərinə qarşı “Qisas” cavab əməliyyatı keçirib.
Azərbaycan Ordusunun keçirdiyi “Qisas” cavab əməliyyatı nəticəsində Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklər nəzarətə götürülüb.