Ukraynadan qaçmaq istəyən bir qrup rusiyalı hərbçi yaxalanıb
Rusiya Federasiyasının 2-ci Əlahiddə Ümumqoşun Ordusunun 30-cu əlahiddə motoatıcı briqadasının bölmələrindən birinin əsgərləri Rusiyaya qayıtmağa cəhd ediblər.
Bu barədə Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsi məlumat yayıb.
“Rusiya hərbçiləri kütləvi şəkildə Ukrayna müdafiəçiləri ilə birbaşa toqquşmalarından yayınmağa çalışırlar. Məhkəmə təhdidlərinə, Kadırovçuların hədələrinə və sərhəd nəzarətinin artırılmasına baxmayaraq, rusiyalı hərbçilər bütün mümkün vasitələrlə Ukrayna ərazisini tərk etməyə çalışırlar”, - məlumatda deyilir.
Qeyd olunur ki, Briqadanın bölmələrindən biri “Şiyanı” (Belqorod vilayəti) keçid məntəqəsi yaxınlığında dövlət sərhədini keçməyə cəhd edərkən saxlanılıb və zorla aktiv döyüş əməliyyatları zonasına qaytarılıb. Hazırda bölmə Ukrayna müdafiəçilərinə təslim olmaq imkanını müzakirə edir”, - məlumatda deyilir.
Bildirilir ki, Rusiyanın 2-ci Əlahiddə Ümumqoşun Ordusunun 30-cu əlahiddə motoatıcı briqadasının komandanlığı kütləvi fərarilik ahllarını gizlədir və əsgərləri edamla hədələyir.