azadses.az » Siyasət » ABŞ-Ermənistan: İmzalanan sənəd İrəvanı Rusiyanın caynağından xilas etməyəcək – TƏHLİL

ABŞ-Ermənistan: İmzalanan sənəd İrəvanı Rusiyanın caynağından xilas etməyəcək – TƏHLİL

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın ABŞ-a səfəri, Dövlət Departamentinin rəhbəri Entoni Blinkenlə görüşməsi Qərblə Rusiya arasında bütün cəbhələrdə misli görünməmiş qarşıdurma fonunda izah edilməlidir.

Ermənistanın perspektivə dair arzusu özünü Rusiyanın caynağından çıxarıb ABŞ-ın ağuşuna atmaqdan ibarətdir, amma bu addım Ermənistanın taleyini qaranlıqlara sürükləyən hadisələrlə müşayiət olunacaq.

Rusiya və ABŞ-ın Ermənistan uğrundakı savaşı tərəflərin İrəvanı etibarlı tərəfdaş kimi nəzərdən keçirməsindən irəli gəlmir, erməni kartı hər ikisinin əlində bir vasitədir, daha doğrusu, Ermənistan tərəflər üçün “faydalı axmaq” rolundadır.

Ermənistanda Nikol Paşinyanın hakimiyyətdən devrilməsi üçün planların dövriyyədə olduğu zamanda İrəvan üzünü ABŞ-a tutaraq Moskvadan gələn təhdidləri önləmək istəyir, amma bu əbəs olacaq. Hərçənd ki, Mirzoyanın səfəri zamanı ABŞ-Ermənistan strateji dialoqunun bərpa ediləcəyi və mülki nüvə əməkdaşlığına dair anlaşma memorandumunun imzalandığı açıqlanıb.

Dünyada baş verən proseslər, Cənubi Qafqazdakı reallıq isə Ermənistanı kiminsə qucağında əyləşmək siyasətinə davam etməkdən çox, onu Azərbaycan və Türkiyə ilə münasibətləri bütün parametrlər üzrə normallaşdırmağa məcbur edir.

Həmin sənədin imzalanması sadəcə ABŞ-Ermənistan münasibətlərində diplomatik mexanizmin tərkib hissəsidir və bu, Ermənistan üçün xilas yolu hesab oluna bilməz.

Çünki İrəvanla Vaşinqton arasında 1997, 2007, 2017-ci illərdə də bu cür sazişlər imzalanıb, bu, Ermənistana nə əlahiddə üstünlük verib, nə də İrəvan üçün ABŞ tərəfindən tənzimlənən qoruyucu mexanizmə çevrilib.

İmzalanacaq sənəd “Metsamor” atom elektrik stansiyasının istismarına töhfə verə bilər, lakin bu da ancaq Rusiya-ABŞ-Ermənistan formatında birgə istismarı mümkün edəcək. Çünki Rusiyanın “Rosatom” şirkəti “Metsamor”u Ermənistan hökuməti ilə birgə idarə edir, buna görə də Kremlin iqtisadi rıçaqları əldən verəcəyini düşünmək sadəlövhlük olar.

Digər yandan Ermənistanla Rusiya arasında əlavə bir neçə nüvə reaktorunun tikintisinə dair razılıq da mövcuddur.

Qarışıq situasiya ilə üzləşən Ermənistanın Rusiyanın çətiri altından çıxıb ABŞ-a sığınması ən azından mümkünsüzdür, ta o zamana qədər ki, Moskva xarici siyasət konsepsiyasına köklü dəyişiklik etsin və ekspansiya niyyətlərindən əl çəkdiyini bəyan etsin.

Rusiyanın köklü siyasətini əhəmiyyətli dərəcədə redaktə etməsinə dair üfüqlərdə işartı yoxdur, ona görə də Ermənistan Cənubi Qafqazdakı yeni reallıqların şərtləri çərçivəsindən kənara çıxaraq revanşizm üçün ümid yerləri axtarmaq sevdasından vaz keçməlidir.

Postmünaqişə gerçəkliyi Ermənistan üçün Azərbaycan və Türkiyənin diktələri altında hərəkət etməkdən başqa seçim yolu qoymur, burada Rusiyanın da təzyiq mexanizmləri rola sahibdir.

Lakin nə ABŞ, nə də Rusiya Azərbaycan-Ermənistan, Türkiyə-Ermənistan münasibətlərinin öz qlobal strateji iradələrindən kənara sıçrayan addımlar fonunda tənzimlənməsini istəmirlər.

ABŞ və Rusiyanın nə istədiyi yox, prosesə necə töhfə verəcəyi Azərbaycan-Türkiyə ikilisinin gündəliyindədir, Bakı da, Ankara da, diktəedici ideyalardan uzaq olan bütün praqmatik təkliflərə açıqdırlar.

Əgər Ermənistan özünü Moskvanın qabığından çıxarsa, Rusiya-Ermənistan münasibətlərinə yenidən baxılması zərurəti ortaya çıxacaq və qəzəbli Kremlin cavabı başqa cür olacaq.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Qaradağda qəza törədən sürücü ağır xəsarət alıb
  2. Binədə yolu keçən qadını avtomobil vurub
  3. Ağstafada sürücü qardaşını vuraraq öldürüb - YENİLƏNİB
  4. Xaçmazda 7 yaşlı uşaq yol qəzasında ağır xəsarət alıb
  5. Şəmkirdə bıçaqlanma zamanı ölən və xəsarət alanların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB
  6. Samuxda avtomobil ağaca çırpılıb, 3 nəfər xəsarət alıb
  7. Qəzada ölən vəzifəli şəxsin ailəsi 1 milyon manata yaxın təzminat tələb edir
  8. Günəşdə ən yüksək dərəcəli partlayış baş verdi
  9. Salyanda elektrik enerjisinin verilişi bərpa olunub - YENİLƏNİB
  10. Pirallahıda 44 yaşlı kişini avtomobil vurub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün PMS üzrə imtahanın I mərhələsi keçiriləcək
Bu gün PMS üzrə imtahanın I mərhələsi keçiriləcək
Dövlət İmtahan Mərkəzi (DİM) bu gün peşəkar mühasib sertifikatı (PMS) üzrə imtahanın I mərhələsini (mühasibat uçotu üzrə) Ətraflı
Meksikanın Milli Politexnik İnstitutunun tələbələrinə COP29 haqqında mühazirə keçirilib
Meksikanın Milli Politexnik İnstitutunun tələbələrinə COP29 haqqında mühazirə keçirilib
Azərbaycan səfiri Meksikanın ən nüfuzlu ali təhsil müəssisələrindən olan Milli Politexnik İnstitutunun Ali Kommersiya və Ətraflı
Bütün xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Şou biznes
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?