Nazarbayevin Baden-Badendəki əmlakının müsadirə olunması tələb edilir
- 18-02-2022, 10:23
- Siyasət
Almaniyada Qazaxıstanın eks-prezidenti Nursultan Nazarbayevin Baden-Badendəki əmlakının müsadirə olunması tələb edilir.
“Azadsəs.az” xarici mediaya istinadən xəbər verir ki, Baden-Vürtemberq Landtaqında hökumətdən Nazarbayevlər ailəsinin daşınmaz əmlakı haqqında “Deutsche Welle”nin məqaləsinə reaksiya tələb edirlər. Tələblər arasında ölkə əhəmiyyətli abidənin müsadirə edilməsi də var.
16 fevral 2022-ci ildə “DW” tərəfindən Nazarbayevin baden-Badendəki əmlakı ilə bağlı məqalə dərc olunduqdan sonra Baden-Vürtemberq Federal Dövlətinin Landtaqının üzvü, Sosial Demokrat Partiyasından Yonas Veber bu ərazinin baş naziri Vinfrid Kretçmanna məktubla müraciət edib.
“Mən sizi və əyalət hökumətinizi Baden-Vürtemberqin avtokratların və onların əmlakının sığınacağına çevrilməməsi üçün bütün mümkün tədbirləri - müsadirə olunmağa qədər - görməyə çağırıram. Fikrimcə, bu, hər şeydən əvvəl öz vətənlərində demokratik qüvvələr qarşısında borcumuzdur”, – Yonas Veber yazıb. Məktubun tam mətni “DW” redaksiyasındadır.
Nəşr yazır ki, Veberin müraciəti Yaşıllar və Xristian Demokratların tərkibində yerli hökumətə müxalif olan SPD fraksiyasındakı həmkarları ilə razılaşdırılıb.
Veber qeyd edib ki, Baden-Vürtemberq hökuməti buna qarşı səssiz qala bilməz.
“Nazarbayevlər ailəsi ilə bağlı vəziyyətdəki hərəkətsizlik digər avtokratları da cəlb etməməlidir. Bu vəziyyət bizdən qəti addım atmağı tələb edir”, - deyə deputat qeyd edib.
Alman siyasətçinin fikrincə, Baden-Baden yaxınlığındakı tarixi Bülerhöye qala-otelinə münasibətdə Nazarbayevlər ailəsinin daşınmaz əmlakının mümkün müsadirəsi məsələsi xüsusilə aktualdır. Milli əhəmiyyətli abidə olan bu otel vaxtilə kansler Konrad Adenauerin sevimli istirahət məkanı olub. Baden-Vürtemberq əyalətinin torpaq qanunvericiliyi memarlıq abidələrinin sahiblərinin hərəkətsizliyi nəticəsində məhv olmaq təhlükəsi ilə üzləşdiyi təqdirdə onların müsadirə edilməsi imkanını nəzərdə tutur.
Otelin sahibləri Timur Kulibayev və onun həyat yoldaşı Dinara, onun alınmasına 20 milyon avrodan çox vəsait xərclənməsinə baxmayaraq, obyektin modernləşdirilməsinə sərmayə qoymurlar. Bölgə üçün əlamətdar turizm obyekti 10 ildən çoxdur ki, bağlanıb.
Qeyd edək ki, “DW” araşdırmasına görə, Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayevin kürəkəni və ortancıl qızı Dinara və Timur Kulibayevlər, eləcə də onlarla əlaqəli şirkətlər Baden-Badendə və Baden-Vürtemberqdə daşınmaz əmlaka yüz milyon avrodan çox sərmayə qoyublar.
İnvestisiyalar 10 il ərzində, əsasən, Nursultan Nazarbayevin Qazaxıstan prezidenti olduğu dövrdə qoyulub.