azadses.az » Siyasət » Putin-Makron müzakirələri: Rusiya liderinin arxaik ifadəyə müraciəti, Fransa prezidentinin “səhvi” – TƏHLİL

Putin-Makron müzakirələri: Rusiya liderinin arxaik ifadəyə müraciəti, Fransa prezidentinin “səhvi” – TƏHLİL

Fevralın 7-də böyük yeddiliyə daxil olan Fransanın Prezidenti Emmanuel Makron Kremlə təşrif buyurdu və rusiyalı həmkarı Vladimir Putinlə ellips fiqurunda biçilmiş masa arxasında müzakirələr keçirdi.

Fransa Qərbin Rusiyaya qarşı hədələyici orbitindən kənara çıxaraq Moskva ilə isti münasibətlərin qorunub-saxlanılmasına önəm verən ölkədir, iqtisadi əlaqələrin gətirdiyi xeyiri dəyərləndirir.

Putin-Makron görüşündə liderlərin müzakirə predmetinə gətirdiyi mövzuların hamısını bir yazıya sığışdırmaq çətindir, biz liderlərin Azərbaycan-Ermənistan münasibətləri haqqındakı mövqelərinə toxunacağıq.

Bu kontekstdə nəzərə almaq lazımdır ki:

1. Fevralın 4-də Fransanın Avropa İttifaqına sədrliyi qismində Prezident Emmanuel Makronun, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin, Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistan baş naziri Nikol Paşinyanın iştirakı ilə videoformatda görüş keçirildi,

2. Bu görüşdən sonra Azərbaycan 2021-ci ilin noyabr döyüşlərində tutduğu 8 erməni hərbçini Fransanın təşəbbüsü ilə Ermənistana geri qaytardı,

3. Bu, o deməkdir ki, Ermənistan da bu jestin qarşılığında hansısa güzəştə məcburdur,

4. Azərbaycan tərəfi rəsmi bəyanatlarda daha çox birinci Ermənistan-Azərbaycan müharibəsində öldürülmüş və kütləvi məzarlıqlarda basdırılması ehtimal edilən hərbi və mülki Azərbaycan vətəndaşları haqqında məlumatları, bu qəbildən olan kütləvi məzarlıqların yerləri haqqında məlumatları istəyir.

Ermənistanın Azərbaycanın jestinə ilkin cavabına da toxunaq, Ermənistan Xarici İşlər Nazirliyi açıqlama verib ki, İrəvan kütləvi məzarlıqların yerinin deyilməsi ilə bağlı öhdəlik götürməyib.

Ancaq Azərbaycan 8 erməni hərbçi qarşılığında mütləq nəsə alacaq. Çünki Makronun təşəbbüsü ilə baş tutan görüş Avropanın Azərbaycan qazına ehtiyacının artdığı zamanda keçirildi. Qısası, Azərbaycan humanitar siyasəti qarşısında Avropadan zəmanət alıb ki, Ermənistanı nəyəsə məcbur etsin.

Bakı zamanla kütləvi məzarlıqların ünvanına da çatacaq və Ermənistan üzərində yeni məhkəmə iddiası qaldıracaq.

Liderlər 5 saat davam edən görüşdən sonra media önünə çıxıblar, Vladimir Putin Azərbaycan ərazilərində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarının rolundan danışarkən yenidən arxaik ifadəyə müraciət edib, mövcud situasiya ətrafındakı müzakirələri “Dağlıq Qarabağ ətrafındakı vəziyyətin nəzərdən keçirilməsi” kimi dəyərləndirib.

Olsun, ümid edirik ki, Vladimir Putin sadəcə leksikonunda möhkəm qərar tutduğuna görə “Dağlıq Qarabağ” ifadəsini lüğət fondundan silə bilmir, amma nə olursa-olsun, reallıqda Dağlıq Qarabağ adlı inzibati ərazi vahidi yoxdur.

Fransa liderinin fevralın 4-də keçirdiyi görüşün yekununa dair bəyanatda ATƏT-in Minsk Qrupu həmsədrlərinin adları çəkilməsə də, Putin yenidən həmsədrlərin regionda humanitar və sosial-iqtisadi problemlərin həllindəki əhəmiyyətini qabardıb.

Azərbaycan həmsədrlərin mövcudluğuna etiraz etmir, bu, Bakı üçün bəlkə də üçüncü dərəcəli məsələdir, lakin madam ki, bu institut var, o zaman effektiv nəticələr hasil edən praktiki fəaliyyətlə məşğul olmalıdır.

Bakı tələb edir ki, həmsədrlər regional sülh və təhlükəsizliyə təhdid yaradan elementləri, o cümlədən erməni revanşizminin boğulmasında əməli fəaliyyət sərgiləsin və qızışdırıcı, qıcıq yaradan, Ermənistanı şirnikləndirən ifadələrdən çəkinsin.

Putinin həmsədrlərə vurğu etməsini formal etik diplomatik jest kimi qiymətləndirmək olar, çünki elə Rusiyanın özünün təşəbbüsü ilə qəbul edilən 10 noyabr, 11 yanvar və 26 noyabr bəyanatlarında həmsədrlərə postmünaqişə dövrü üçün hər hansı rol tanınmayıb.

Rusiya Azərbaycanla Ermənistan arasında açıq qalan məsələləri özünün monopoliyasında tənzimləmək istəyir, amma Azərbaycanın qətiyyəti, Türkiyənin Bakıya dəstəyi bu məsələdə Kremlin önünə baryer çəkir.

Bakı bu məsələdə Qərbə də təkəlçilik vermir, əgər sülh və etimad quruculuğundan söhbət gedirsə, burada bərabərsəviyyəli iştirak mexanizminin qurulmasını israrla təklif edir və nəticəyə nail olur.

Makron Putinlə mətbuat konfransında münaqişədən sonrakı periodda Azərbaycan-Ermənistan liderlərini bir araya gətirməsindən, bunun erməni hərbçilərin mübadiləsi ilə nəticələnməsindən sevinc hissi keçirərək “axır ki, Fransanın da bir rolu var” mesajını verdi.

Amma Makron ya bilərəkdən, ya da bilməyərəkdən Rusiya sülhməramlılarının fəaliyyətini Azərbaycan-Ermənistan sərhədinə proyeksiya edib.

Onun Putinə “sizin hərbçilərin Azərbaycan və Ermənistan sərhədində çətin dövrlərdə oynadığı rolu alqışlayıram” deməsi ikibaşlı məna yükünə malikdir. Çünki Rusiya hərbçiləri sərhədə dislokasiya edilməyiblər, onlar yalnız Laçın dəhlizində xidmət keçirlər.

Makron bunu bilməyərəkdən deyibsə, o deməkdir ki, hələ də mövcud vəziyyətə dair beynində aydın təsvirlər cıza bilməyib.

Bilərəkdən deyibsə o zaman:

1. Ya Rusiya hərbçilərinin sərhədə gəlməsində maraqlıdır,

2. Ya Ermənistanda xidmət edən və Azərbaycanla sərhədə dislokasiya olunan Rusiya hərbçilərini nəzərdə tutur.

İstənilən halda Putin-Makron görüşü Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması istiqamətində pozitiv impuls ötürücülüyünə malikdir.

Aqşin Kərimov
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Qaradağda qəza törədən sürücü ağır xəsarət alıb
  2. Binədə yolu keçən qadını avtomobil vurub
  3. Ağstafada sürücü qardaşını vuraraq öldürüb - YENİLƏNİB
  4. Xaçmazda 7 yaşlı uşaq yol qəzasında ağır xəsarət alıb
  5. Şəmkirdə bıçaqlanma zamanı ölən və xəsarət alanların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB
  6. Samuxda avtomobil ağaca çırpılıb, 3 nəfər xəsarət alıb
  7. Qəzada ölən vəzifəli şəxsin ailəsi 1 milyon manata yaxın təzminat tələb edir
  8. Günəşdə ən yüksək dərəcəli partlayış baş verdi
  9. Salyanda elektrik enerjisinin verilişi bərpa olunub - YENİLƏNİB
  10. Pirallahıda 44 yaşlı kişini avtomobil vurub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün PMS üzrə imtahanın I mərhələsi keçiriləcək
Bu gün PMS üzrə imtahanın I mərhələsi keçiriləcək
Dövlət İmtahan Mərkəzi (DİM) bu gün peşəkar mühasib sertifikatı (PMS) üzrə imtahanın I mərhələsini (mühasibat uçotu üzrə) Ətraflı
Meksikanın Milli Politexnik İnstitutunun tələbələrinə COP29 haqqında mühazirə keçirilib
Meksikanın Milli Politexnik İnstitutunun tələbələrinə COP29 haqqında mühazirə keçirilib
Azərbaycan səfiri Meksikanın ən nüfuzlu ali təhsil müəssisələrindən olan Milli Politexnik İnstitutunun Ali Kommersiya və Ətraflı
Bütün xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Şou biznes
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?