Keçmiş kəşfiyyat rəhbəri Süleymaninin qətlində İsrailin rolundan danışdı
- 21-12-2021, 10:13
- Siyasət
2020-ci ilin yanvarında Bağdad yaxınlığında ABŞ pilotsuz uçan aparatı vasitəsilə öldürülən “Qüds” Qüvvələrinin komandanı, general Qasım Süleymaninin öldürülməsində İsrail rol oynayıb.
“Azadsəs.az” xarici KİV-ə istinadən xəbər verir ki, bunu İsrail Müdafiə Qüvvələrinin (IDF) Baş Qərargahının Kəşfiyyat İdarəsinin keçmiş rəhbəri, general-mayor Tamir Hayman bildirib.
O, bu qətli vəzifədə olduğu müddətdəki iki mühüm qətldən biri kimi qiymətləndirib.
“Süleymaninin öldürülməsi bir nailiyyətdir, çünki mənim nəzərimdə əsas düşmən iranlılardır”, - Tamir Hayman deyib.
General əlavə edib ki, İsrail İran silahlarının və resurslarının bölgədə yayılmasının qarşısını almaq üçün bir sıra addımlar atıb.