“Caliber”in araşdırması: Ordumuz sərhədlərin müəyyənləşdirilməsi həllinin yaxınlaşmasına nail oldu - VİDEO
Ermənistan Müdafiə Nazirliyinin keçmiş rəisi, general-mayor Arşak Karapetyanın bir sıra absurd və primitiv təxribatları ötən ilin noyabrında üçtərəfli sülh sazişinin imzalanmasından sonra regionda bərqərar olmuş sülhün nə qədər kövrək olduğunu göstərdi.
Ermənistan tərəfindən ilkin razılaşmaların bəndlərinin gecikdirilməsi, sonra isə yerinə yetirilməməsi (hansı ki, münaqişədən sonrakı dövrdə uzunmüddətli qarşıdurmanın davamlı regional sülhə çevrilməsi üçün bir növ transformatora çevrilməli idi) siyasi həllin mahiyyətini təhlükə altına qoydu.
Ermənistan hakimiyyəti iki ölkənin sərhədlərinin delimitasiyası və demarkasiyası ilə bağlı ilk növbədə dialoq yolu ilə yekun qərar vermək əvəzinə, ənənəvi Paşinyan imitasiyasına əl atır. Ermənistan hökumətinin Azərbaycanın Qazax rayonunun işğal altında olan kəndlərini, Tovuz və Gədəbəyin ayrı-ayrı hissələrini, yaxud Naxçıvanın Kərki kəndini azad etməsini ləngitməsinin əsl səbəbi nədir? Azərbaycan Silahlı Qüvvələri elə edə bilər ki, Ermənistanla bütün ərazi məsələlərinin tezliklə siyasi həlli bu uğursuz formasiyanın hər bir vətəndaşının yeganə tələbi olsun.
Bunu yaxın tarix göstərdi…Kapitulyasiya elan edən ölkənin çarəsizliyinin bütün mənzərəsini təsvir etmək və Azərbaycan ordusuna qarşı son qanlı təxribatın şübhəli nəticələrini öz vətəndaşlarına faktlarla göstərmək üçün “Caliber” layihəsinin komandası yenidən öz mənbələrinə müraciət edərək ölkələrimiz arasında dövlət sərhədinin ədalətli şəkildə bərpa edilməli olduğu yerdə Ermənistan üçün hazırkı acınacaqlı mənzərəni ümumiləşdirib.
Belə ki, Arşak Karapetyanın Qaragöl gölündə peyda olmasından və Azərbaycan Silahlı Qüvvələrinin təchizat yollarına qabion postu quraşdırmaq barədə həyasızcasına planından sonra Ermənistan ordusunun dörd dayaq məntəqəsi hərbçilərimizin nəzarətinə keçib. Demək olar ki, iki gün sonra, noyabrın 16-da Azərbaycan Silahlı Qüvvələrinin bölmələri daha iki postu zəbt edərək, düşməni qayıtmaq və ərazidəki istənilən prioritet əraziləri zəbt etmək imkanından məhrum edib.
Ustalıqla həyata keçirilən və ən əsası, qansız yerdəyişmənin nəticəsində cənub-şərq istiqamətində Çilligöl, Ermənistanın Verişen kəndi və Gorus şəhəri istiqaməti, həmçinin qərb istiqamətində göstərilən koordinatlara bərabər məsafədə - Şəki və İşxanasar şəhərlərinə vizual müşahidə və birbaşa atəş təsiri sektorları genişləndi. Sonuncu deyilənlər ordu hissələrimizin dəniz səviyyəsindən 2794 metr hündürlükdə olan Kilsəli dağını və dövlət sərhədinin göstərilən perimetri boyunca bir sıra adı açıqlanmayan strateji əhəmiyyətli yüksəklikləri tutması nəticəsində mümkün olub. Bunun sayəsində gölün şimal hissəsinə - Böyük İşıqlı vulkanik dağının arxasına aparan kommunikasiya yollarının təhlükəsizliyini təmin etmək və Sisian-Gorus avtomobil yolunun hissəsini birbaşa vizual nəzarətə götürmək mümkün oldu. Bu, Azərbaycan Silahlı Qüvvələrinə strateji zərurət yaranarsa, Ermənistanın bütün cənubunu paytaxtdan ayırmağa, Naxçıvana onsuz da qısa olan boğazı daraltmağa və ya de-fakto olaraq Laçın dəhlizinə çıxışı lokal şəkildə bağlamağa imkan verir.
Qeyd etmək lazımdır ki, bütün bu yerdəyişmələr və infrastruktur təkmilləşdirmələri qar yağıntılarından əvvəl aparılıb, bu isə, yamac ərazi boyunca təchizat yollarının təhlükəsizliyini təmin edir.
Erməni revanşistlərin noyabrın 16-da Azərbaycanın yeddi hərbçisinin ölümü və 10 hərbçisinin yaralanması ilə nəticələnən təxribatına baxmayaraq, ordumuz ölkələr arasında təbii sərhəd baryeri olan Şərqi Göyçə dağ silsiləsi üzərində tam nəzarətin qurulması ilə bağlı möhtəşəm planı sona qədər uğurla həyata keçirdi.
Məhv edilənlərin və əsir götürülmüş diversantların sayını bu günə kimi rəsmən elan edə bilməyən düşmənə sarsıdıcı dərs verən Azərbaycan Silahlı Qüvvələrinin bölmələri qarşıya qoyulan bütün tapşırıqları şərəflə yerinə yetiriblər. Xüsusən qeyd edək ki, düşmənin qənimət kimi götürülən silah-sursat, nəqliyyat vasitələri və texniki vasitələri arasında təkcə sərhəd xəttində növbə çəkmək üçün deyil, həm də məhz diversiya-terror fəaliyyətlərinin aparılması üçün istifadə olunan nümunələr də var.
Nəticədə, Kəlbəcər istiqamətində yalnız bir hissədə, ən hündür nöqtəsi dəniz səviyyəsindən 3008 metr yüksəklikdə olan Qatarqaya dağından başlayaraq, Şərqi Göyçə dağ silsiləsi boyunca cənub adsız yüksəklikləri və dəniz səviyyəsindən 2900 metr yüksəklikdə olan Dəmirdağ dağına qədər Azərbaycan ordusu bütün strateji əhəmiyyətli nöqtələri tutaraq yeni dayaq məntəqələri yaratdı. Qısa müddət ərzində onlara rabitə yolları və təhlükəsiz daimi təchizat yolları çəkildi. Terror və təxribat aktları törətmək üçün düşmənin ərazimizə daxil ola biləcəyi ərazilərdə nəzarət quruldu.
Qərbi Azərbaycanın Zod, Azad, Zərkənd, Nərimanlı kəndləri bütün yol infrastrukturu ilə, yəni məhz Basarkeçər-Zod yolu hazırda Silahlı Qüvvələrimizin tam atəş nəzarəti altındadır. Yüksəkliklərdə qurulan yeni dayaq məntəqələri sayəsində Azərbaycanın Kəlbəcər rayonunun bir neçə kəndinin təhlükəsizliyi təmin edilib.
Qeyd edək ki, bölmələrimiz tərəfindən dövlət sərhədində mühüm məntəqələrin tutulması ilə paralel olaraq düşmənin əldəqayırma, yük maşınlarının kuzovunda yaradılan postları və sığınacaqları məhv edilib.
Eyni silsilə boyu dəniz səviyyəsindən müvafiq olaraq 3036 və 3051 metr hündürlükdə olan Kumurdağ və Kömürdağ dağlarının tutulması Azərbaycan Silahlı Qüvvələrinin Əzizli kəndi və Qərbi Azərbaycanın Nərimanlı kəndinə gedən yol istiqamətində vizual müşahidə və birbaşa atəş təsiri sektorlarını genişləndirməyə imkan verib, cənubda olan Maraldağına qədər 3426 metr hündürlükdə olan Kötüdağ və ətrafdakı adsız yüksəkliklər üzərində tam nəzarətin yaradılması mövqelərimizə cinahdan gələn təhlükələri neytrallaşdırıb.
Sərhəddə strateji əhəmiyyətli yüksəkliklərin tutulması əməliyyatının başa çatmasından sonra Yuxarı Şorca və Aşağı Şorca kəndləri, habelə onların Qərbi Azərbaycanın Daşkənd kəndi istiqamətində lokal avtomobil yoluna yeganə çıxışı ovuc içi kimi görünməyə başladı. Ordumuz qarşıya qoyulan tapşırıqları yerinə yetirməklə yanaşı, həm də ətraf ərazinin tam təhlükəsizliyini təmin edib, yeni dayaq məntəqələrinin daimi və fasiləsiz təchizatını yoluna qoyub.
Sadə dildə desək, demək olar ki, bütün əsas yol qovşaqları və giriş yolları, eləcə də sərhədə çox yaxın kəndlər bundan sonra silahlı qüvvələrimizin cəza tədbirləri görə biləcəyi qədər əlçatan məsafədədir.
Düşmənin təxribatlarına baxmayaraq, silahlı qüvvələrimiz demək olar ki, cəmi iki-üç günə sərhədlərin demarkasiyası və delimitasiyasının həllinin daha çox yaxınlaşılmasına nail oldular. Bununla regionda hərtərəfli sülhə gedən yolları sadəcə, məsafə baxımından deyil, zaman baxımından da yaxınlaşdırdı...