Müdafiə Nazirliyi sərhəddəki vəziyyətlə bağlı onlara məlumat verdi
Noyabrın 16-da Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsi tərəfindən Azərbaycanda akkreditə olunmuş xarici hərbi attaşelər və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndələri üçün brifinq təqdim olunub.
"Azadsəs.com" xəbər verir ki, brifinq iştirakçılarına dövlət sərhədində Ermənistan tərəfinin törətdiyi təxribatlar və hazırda mövcud vəziyyət barədə ətraflı məlumat verilib.