Mustafa Şəntop: “Azərbaycan həm tarix, həm də hüquqi baxımdan haqlıdır”
- 8-01-2021, 12:43
- Siyasət
“30 ildir davam edən bir problem vardı və 30 ildir həll edilmirdi. Azərbaycan həm tarix, həm də hüquqi baxımdan haqlı davasını aparır. Türkiyə həmişə haqlı olanın yanındadır”.
“Azad Səs” xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop deyib.
“Ermənistan sadəcə Azərbaycan ilə problem yaşamır, bölgədəki bütün ölkələri təhlükəyə salan təcavüzkar mövqedədir. Rusiyanı münaqişəyə salmağa çalışdı, Naxçıvana etdiyi hücumlarla Türkiyəni də qarşıdurmaya içinə sürükləməyə cəhd etdi”, - o vurğulayıb.
Onun sözlərinə görə, Türkiyə Azərbaycanın tələbi və razılaşmalara əsasən, logistika imkanlarını Azərbaycana təqdim edib.Report