azadses.az » Siyasət » Elçin Quliyev “Harop”, “Quzğun” və “Hermes” PUA-larından danışdı

Elçin Quliyev “Harop”, “Quzğun” və “Hermes” PUA-larından danışdı

Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin Quliyev Prezident İlham Əliyevə məktub yazıb.
''Azad Səs'' xəbər verir ki, məktubda deyilir:
“Möhtərəm cənab Prezident.
Böyük qürur hissi ilə məruzə edirəm ki, Azərbaycan tarixinin ən böyük sərkərdəsi kimi Müzəffər Ali Baş Komandanlığınız altında Vətən Müharibəsində iştirak etmək hər bir Azərbaycan sərhədçisi üçün böyük şərəfdir.
Bu tarixi Zəfərin müəllifi və ən əsas təminatçısı - siyasətilə, iradəsilə, qətiyyətilə, cəsarətilə bütün dünyanın təzyiqlərinə baxmayaraq, həm döyüş meydanında, həm diplomatiya müstəvisində, həm də informasiya müharibəsində düşmənə sarsıdıcı və həlledici zərbələr vuran Sizsiniz!
Bu gün Ermənistan silahlı qüvvələrinin əzəli torpaqlarımızdan qovulması və dövlət sərhədlərimizin bütövlüyünün bərpa edilməsi, işğaldan azad olunan ərazilərimizdə üçrəngli Dövlət bayrağımızın ucaldılması uğrunda müqəddəs Vətən müharibəsinin iştirakçısı olan hər bir Azərbaycan sərhədçisi Ali Baş Komandanlığınız ilə əldə olunan şanlı Qələbənin sevincini yaşayır.
44 günlük Vətən müharibəsi zamanı Dövlət Sərhəd Xidməti qarşısında qoyduğunuz döyüş tapşırıqlarının uğurlu icrası üçün bütün qüvvə və vasitələr tam səfərbər edilmiş, Azərbaycan-İran dövlət sərhədinin 132 kilometrlik hissəsinin, Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarının, Hadrut qəsəbəsinin və Şuşa şəhərinin azad olunmasında Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları yaxından iştirak etmişlər.
Vətən müharibəsinin ilk günündən başlayaraq Azərbaycan sərhədçiləri tərəfindən Füzuli rayonu ərazisindəki təmas xəttindən Ermənistanla dövlət sərhədinədək böyük bir ərazi azad edilmiş, o cümlədən 24 saat ərzində 105 kilometr məsafədə ildırımsürətli hücumla düşmənə sarsıdıcı zərbələr endirilmişdir. Qədim Xudafərin körpüsündə və dövlət sərhədlərimiz boyu Dövlət bayrağımız sancılmış, Ermənistanla dövlət sərhədində strateji yüksəkliklər azad edilmişdir.
Dövlət Sərhəd Xidmətinin “Harop”, “Quzğun” və “Hermes” pilotsuz uçuş aparatlarının peşəkar tətbiqi nəticəsində düşmənin strateji əhəmiyyətli döyüş texnikaları, raket sistemləri, zenit-raket kompleksləri, tankları, zirehli döyüş maşınları və digər texnikası, komanda idarəetmə məntəqələri və çoxsaylı canlı qüvvəsi zərərsizləşdirilmiş, ümumilikdə 290 düşmən hədəfi məhv edilmişdir.
Azərbaycan dövlətçiliyinə, Azərbaycan Respublikasının Prezidentinə sadiqliyi ilə seçilən, Ali Baş Komandanlığınız altında işğalçı düşmən qüvvələrinə qarşı fədakarlıqla döyüşən, rəşadət və qəhrəmanlıq nümunələri göstərən hərbi qulluqçularımızın döyüş məharətinin Zati-aliniz tərəfindən yüksək qiymətləndirilməsi, 41 nəfər Azərbaycan sərhədçisinə “Vətən Müharibəsi Qəhrəmanı” adının, “Zəfər” və “Qarabağ” ordenlərinin verilməsi Dövlət Sərhəd Xidmətinin şəxsi heyəti tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanmışdır.
Azərbaycan sərhədçisinə göstərdiyiniz bu ali diqqət və qayğıya, yüksək etimada görə şəxsən öz adımdan və Dövlət Sərhəd Xidmətinin bütün hərbi qulluqçuları adından Sizə dərin minnətdarlığımızı və təşəkkürümüzü ifadə edirəm.
Möhtərəm Prezident, cənab Ali Baş Komandan!
Sizi əmin edirəm ki, Vətəninə, dövlətinə, Prezidentinə xidmət etmək qürurunun daşıyıcısı olan hər bir Azərbaycan sərhədçisi bundan sonra da əzmlə xidmət edəcək, doğma Azərbaycanımızın təhlükəsizliyi və inkişafı naminə səy və bacarığını əsirgəməyəcəkdir!”
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Qaraçuxurda motosikletçi yol qəzasında xəsarət alan var
  2. Tərtərdə avtomobil beton maneəyə çırpılıb, gənc qız ağır yaralanıb
  3. Səbail rayonunda avtomobillərin toqquşması zamanı ahıl qadın xəsarət alıb
  4. Bakıda yol qəzası olub, xəsarət alan var
  5. Talış Dağlıq zonasında güclü zəlzələ olub
  6. Samuxda narkotik yetişdirməkdə şübhəli bilinən şəxs saxlanılıb
  7. Sabunçu prokurorluğunda 31 yaşlı kişinin qətlə yetirilməsi ilə bağlı cinayət işi açılıb - YENİLƏNİB
  8. Qazaxda avtomobilin vurduğu piyada xəstəxanada ölüb - YENİLƏNİB
  9. Bakıda yolu keçən 42 yaşlı qadını avtomobil vurub
  10. Sabahın hava proqnozu: Leysan xarakterli yağış yağacaq, şimşək çaxacaq
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün 1 373 namizəd rezidenturaya imtahan verəcək
Bu gün 1 373 namizəd rezidenturaya imtahan verəcək
Bu gün Dövlət İmtahan Mərkəzi rezidenturaya qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi Ətraflı
İngilis dili müəllimləri sertifikasiya imtahanı verəcəklər
İngilis dili müəllimləri sertifikasiya imtahanı verəcəklər
İyunun 22-də ingilis dili müəllimləri sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsində iştirak edəcəklər. Bu barədə Ətraflı
Bütün xəbərlər
«    İyul 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Şou biznes
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
“Forsaj11”in premyerası təxirə salındı
“Forsaj11”in premyerası təxirə salındı