"Rusiya əsgərlərinin Qarabağa girməsi xəbəri məni çox qəzəbləndirmişdi" - Deputat
- 9-12-2020, 14:16
- Siyasət
"Səhifəm düz bir ay qapalı oldu. Özüm qapatmışdım. Şuşanın geri almağımızın sevinci bitməmiş ertəsi gün Rusiya əsgərlərinin Qarabağa girməsi xəbəri məni çox qəzəbləndirmişdi. Hirsimdən nəsə yazmamaq üçün səhifəmi qapatmaq qərarına gəldim. Hirsimin soyuması uzun sürdü, yaxın dostlar bunu görə bildi. Eyni səbəbdən telekanalların canlı yayımlarına çıxmaqdan, eləcə də jurnalistlərə müsahibə verməkdən yayınırdım, zənglərinə cavab vermirdim. Bu arada, kimin zənginə cavab vermədimsə, hamısından üzr istəyirəm. Saymazyanalıq kimi qarşılamamalarını xahiş edirəm".
''Azad Səs'' Pravda.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı Erkin Qədirli deyib.
Deputat bildirib ki, fasilədən istifadə edib xeyli düşünüb, bəzi şəxsi işlərini yoluna qoymağa çalışıb: "Yeri gəlmişkən, yenidən dərs demək təklifi aldım. Görüşdüm, danışdım və təklifi qəbul etdim. Rəsmiləşməyə nəsə mane olmasa, detalları açıqlayaram. Bunun özü də asan olmayan bir qərar oldu mənim üçün. Bir yandan təklifin gözlənilməzliyi, o biri yandan da təklifin gəldiyi anda duyğularımın tarazlıqdan çıxması. Müəllimliyi çox sevirəm və bu işə qayıtmaq təklifi məni çox sevindirdi. Bununla belə, siyasətə girməyin öz mənfi yan təsirləri vardır. Vaxtılə Maks Veber bu haqda yaxşı yazıb və siyasətlə müəllimliyi qarışdırmamağın önəmini vurğulayıb. Maks Veberin çoxdan oxuduğum o yazısı mənə təsir etmişdi, elə ona görə də müəllimliyə qayıtmağı hər zaman istəsəm də, özümü bu istəyin gerçəkləşməsindən çəkindirirdim. Bu dəfə razılaşdım, çünki çox darıxdım. Görüm necə olacaq".
"Rusiya əsgərlərinin Qarabağa girməsi, bununla bağlı qəzəbəmin qaynağı, eləcə də son bir ay ərzində yığılmış başqa suallarla bağlı düşüncələrimi ardıcıllıqla yazacağam. Ordumuzun qələbəsi qutlu olsun! Ordumuza eşq olsun! Allah şəhidlərimizə rəhmət etsin" - E.Qədirli əlavə edib.