Главная > --- > Abşeronda Beynəlxalq Qadınlar Günü qeyd edildi - Fotolar

Abşeronda Beynəlxalq Qadınlar Günü qeyd edildi - Fotolar


5-03-2022, 19:10. Разместил: admin
Abşeron rayonunda şəhid analarının və həyat yoldaşlarının iştirakı ilə 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə bayram şənliyi keçirilib.

“Azadsəs.az” xəbər verir ki, Xırdalan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Aberon Rayon Təşkilatının sədri, qazilər, veteranlar və rayon ictimaiyyəti iştirak edib.

İştirakçılar əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə güllər düzüb, xatirəsini ehtiramla anıblar.

Azərbaycan himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin və vətənimizin bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycan qadınına ictimai həyatına və fəaliyyətinə həsr olunmuş video rolik nümayiş etdirildikdən sonra çıxış edən Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev başda Azərbaycanın Birinci Vitse-prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva olmaqla şəhid analarını, həyat yoldaşlarını və respublikamızın bütün xanımlarını 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik efib.

Sonda tanınmış incəsənət xadimlərinin ifasında konsert proqramı təqdim olunub.




Вернуться назад