Главная > Mədəniyyət > Ədalət Şükürov Ordumuza “Pikup” bağışladı

Ədalət Şükürov Ordumuza “Pikup” bağışladı


19-11-2020, 15:23. Разместил: azadses
“Bu günləri görmək hər birimizin arzusu idi. Bu 30 il ərzində hər dəfə bir-birimizi görəndə deyirdik ki, “İnşallah, Qarabağda görüşək, çıxışlarımızı orda edək”. Hər konsertə çıxanda Qarabağda konsert verməyi arzulayırdıq. Mən “Türkvizyon” mahnı müsabiqəsinin Şuşada  keçiriləcəyini eşidəndə çox şad oldum. Şükür ki, arzularımız yerinə yetir”.

''Azad Səs'' Pravda.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Ədalət Şükürov deyib.

Sənətçi əldə edilən qələbənin birlik və nizam-intizam sayəsində olduğunu bildirib:

“Ümumiyyətlə, insanın kiçik bir arzusunun yerinə yetməsi çox yaxşı bir şeydir, adama ləzzət edir. Xarici ekspertlərə qulaq asanda eşidirik, hamısı bir səslə deyir ki, “Bu, Azərbaycanın qələbəsidir!”. Bu qələbə həm ön cəbhədə, həm də arxa cəbhədə olan insanların nizam-intizamının sayəsindədir. Ön cəbhədə əsgərlərin zabit və komandirlərin dediklərinə əməl etməsi, arxa cəbhədə də vətəndaşlarımızın komendant saatına əməl etməsi bizi qələbəyə apardı. Mən çox şadam ki, bu sözü artıq ürəklə deyə bilirik – Biz birlikdə güclüyük! Hər şey nizam-intizamdan irəli gəlir. Bu 44 gün bizə çox şey öyrətdi. Bundan sonra da çox şey dəyişəcək, cavanlarımız dəyişəcək, bizim xanımlarımızın oturub-durduğu, danışdığı şeylər dəyişəcək, biz artıq əsgərlərimizə, Vətənimizə tamam başqa cür yanaşacağıq”.

 

Ə.Şükürov 10 gün əvvəl cəbhə bölgəsinə yollandığını, əsgərlərə “Pikup” hədiyyə etdiyini də açıqlayıb:

 

“Mən belə məqamlarda həmişə çalışmışam ki, elədiklərimi heç kimə deməyim. Koronavirusun çox yayıldığı, karantin vaxtında da biz öz işimizi görürdük. İndi siz soruşursunuz deyə açıqlayıram: 10 gün bundan əvvəl əsgərlərlə görüşə getmişdim. Mən belə şeyləri çəkməyi, sosial şəbəkələrdə paylaşmağı sevmirəm. Mən və dostum bir “Pikup” aldıq, lazım olan şeyləri öyrəndik və “baqaj”ını sovqatla doldurduq, ondan əlavə iki başqa maşını da doldurduq və yollandıq Füzuli rayonunun Əhmədbəyli kəndinə. Orada hərbi hospital var, ora apardıq və qapıdan sovqatı verdik, sonra bizə şərait yaratdılar irəli getdik və həmin “Pikup”ı əsgərlərimizə hədiyyə etdik”.Yenisabah

Вернуться назад