Главная > Mədəniyyət > Murad Arif: “Hər telefonun dalında politoloq, diplomat yatırmış”

Murad Arif: “Hər telefonun dalında politoloq, diplomat yatırmış”


17-11-2020, 10:41. Разместил: azadses
"Orduya və Prezidentə güvəniniz, dəstəyiniz, o oyanmış ruhunuz bura qədər idi?  Başlandı panika, isterika və şübhələr? Bəlkə, yenidən bir olaq, birləşək və başqanımıza inam göstərək?!”
 
''Azad Səs'' Pravda.az-a istinadən xəbər verir ki, bunu müğənni-bəstəkar Murad Arif sosial şəbəkə hesabında yazıb. Sənətçi ruhdan düşən vətəndaşlara sərt münasibət bildirib və insanları birliyə səsləyib:
 
“Nigaranıq, narahatıq, yaxşı. Amma daha "İtirdik" havaları nədir? Elə-belə xalq deyildik axı, özümüz də anladıq, dünyaya da göstərdik. Yox? Azca səbr! Hər telefonun dalında politoloq, diplomat yatırmış.  Özgüvənimiz olsun! Gücümüzə inanaq! Məqsədlərimiz xatirinə, özünüzü toplayın! Yaxşı olacaq! Baxarsınız!"

Вернуться назад