Главная > Mədəniyyət / Cəmiyyət > İTV-nin Qarabağ bürosu açılır

İTV-nin Qarabağ bürosu açılır


13-11-2020, 15:59. Разместил: azadses
İctimai Televiziya və Radio Yayımları haqqında Azərbaycan Respublikasının qanunun 6.0.1 (özünün yayım xidmətlərini yaratmaq) və 6.0.4 (ölkə ərazisində və xaricdə özünün müxbir məntəqələrini, filial və nümayəndəliklərini açmaq) maddəsinə əsaslanaraq, mərkəzi Şuşa şəhərində olmaqla televiziya kanalının Qarabağ bürosunun açılması barədə qərar qəbul edilib.
İctimai Televiziyadan (İTV) ''Azad Səs''-ə bildirilib ki, müharibədən sonrakı vəziyyət imkan verən kimi İctimai Televiziya və Radio Yayımları Şirkətinin Qarabağ bürosu öz fəaliyyətinə başlayacaqdır.


Вернуться назад