Главная > Mədəniyyət > "Bu qız mən deyiləm" - Məleykə Əsədova cavab verdi
"Bu qız mən deyiləm" - Məleykə Əsədova cavab verdi25-09-2020, 10:54. Разместил: azadses |
"Yazılan heç nəyə cavab vermirəm. Həyat elədir ki, lap eybəcər, gözəl olum... Gözəllik gəldi-gedərdi. Əsas qəlbimin içidir. Hamının yaxşı gününü diləyirəm, Allah da üzümə nur verib". ''Azad Səs'' Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Məleykə Əsədova "7 Canlı" proqramında deyib. Aktrisa sosial şəbəkələrdə ünvanına yazılan tənqidlərdən danışıb. Əsədova onun fotosu kimi təqdim edilər arxiv şəklin ona aid olmadığını söyləyib: "Eybəcər, gözəl olmaq əsas deyil. Əsas insan olaq, daxili əqidəmizi itirməyək. İnsanların xoş gününə sevinib, ağır gününə üzülək. İllərdir bir qız şəkli tapıb qoyurlar fotomun yanına, yazırlar Məleykə 20 və 53 yaşında. 31 ildir səhnədəyəm. 20 yaşımda tamaşaya çəkilmişəm, baxın ordakı halıma. Həmin şəkil mən deyiləm. İnsan hər yerini dəyişə bilər, bircə gözün içini yox. Lap eybəcərəm, gözələm nə olsun? İnsanı keyfiyyətlərimi itirməyim. Külək kimi o yana, bu yana dönmürəm". Вернуться назад |