Главная > Mədəniyyət > "Karantində çoxlarının maskası çıxdı"
"Karantində çoxlarının maskası çıxdı"22-09-2020, 11:44. Разместил: azadses |
"Karantində bir çox insanların maskası çıxdı, dəyərləri öyrəndik. Heç kimdən incmirəm, amma nəticə çıxardım. Yaxınlar, dostlar var ki, zəng edib hal-əhval tutardı. Hamıya çətin ərəfə idi, anladım. Ancaq bir neçə yaxınlardan zəng gözləyirdim. Mənim xətrimə dəydi". ''Azad Səs'' Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Ədalət Şükürov "Xəbər-ətər" proqramında deyib. müğənni karantin günlərində dostlarından incidiyini etiraf edib. Şükürov bildirib ki, işsiz vaxtlarında yaxınları onu yada salmayıb: "Toylardan pul qazanırıq və həmin qonorarla sənətlə məşğul oluruq. Muğamımız bərbat idi, dövlət qayğı göstərdi və inkişaf etdi. Muğam ifaçılarını toya çağırdılar, onlar da pul qazandılar. İndi onlar da yeniliklər edir, geyinir, albom çıxarırlar". Вернуться назад |