Главная > Mədəniyyət > Hacı Zeynalabdin Tağıyevin villası satışa çıxdı - 17 milyona

Hacı Zeynalabdin Tağıyevin villası satışa çıxdı - 17 milyona


5-12-2019, 13:58. Разместил: azadses
Böyükadadakı 300 yaşlı mülkün ərazisi 2400 kvadrat metrdir
Azərbaycanlı milyonçu, xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin İstanbuldakı mülki satışa çıxarılıb. Bu barədə Türkiyə mətbuatında məlumat yayılıb. Məlumata görə, tarixi mülk boğazın sahilində, Böyükadada yerləşir.
300 il yaşı olan mülkin qiyməti isə rekord həddədir - 17 milyon lirə (təqribən 5,5 milyon manat). Yerli mətbuatın məlumatına görə, qiymətə baxmayaraq mülklə maraqlananların sayı kifayət qədər çoxdur. 
Birinci dərəcəli tarixi əsər hesab edilən mülkün Osmanlı dövründə tikildiyi, daha sonra azərbaycanlı iş adamı Zeynalabdin Tağıyev tərəfindən alındığı bildirilir. İndi nəvələri tərəfindən ilin müəyyən fəsillərində istifadə edilən 2400 kvadrat metr ərazisi olan mülkün 5 otağı, 2 salonu var.  Tamamilə taxtadan olan  dəniz mənzərəli evin özünün limanı, köməkçi tikilisi də var. 




Вернуться назад