Главная > Mədəniyyət > Sevdanın əri izləyicisini məsxərəyə qoydu

Sevdanın əri izləyicisini məsxərəyə qoydu


20-08-2020, 14:02. Разместил: azadses
Tanınmış müğənni Sevda Yəhyayevanın həyat yoldaşı Zakir Bayramov sosial şəbəkə hesabında izləyicilərin suallarını cavablandırıb.
"Ölkə.Az" big.az-a istinadən xəbər verir ki, o izləyicisinin "Sevda xanımla necə tanış olmusunuz?" sualına məzəli şəkildə cavab verib:
"Demək, getmişdim Sədərək bazarına özümə "fake Dolce Gabbana" köynək almağa. Qonşu mağazada isə qarışqa dərmanı satırdılar. Sevda xanım da orda idi. Girdim ora ki, evə ağcaqanad dərmanı alım. Axrıncı paket qalmışdı. Elə o da əl uzatdı götürsün, burda mən də uzatdım ki, götürüm. Əllərimiz bir-birinə toxundu, sonrasını artıq bilirsiniz".


Вернуться назад