Главная > Mədəniyyət > Şair-publisist və tədqiqatçı Gülhüseyn Kazımlı vəfat edib
Şair-publisist və tədqiqatçı Gülhüseyn Kazımlı vəfat edib25-02-2024, 08:54. Разместил: azadses |
Tanınmış ictimai xadim, şair-publisist və tədqiqatçı Gülhüseyn Kazımlı vəfat edib. "Report" xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkədə paylaşım edib. G.Kazımlı uzun müddətdir əziyyət çəkdiyi onkoloji xəstəlikdən dünyasını dəyişib. Qeyd edək ki, Gülhüseyn Kazımlı 1950-ci ildə Cəbrayıl rayonunun Kavdar kəndində anadan olub. 50 ildən çox idi ki, yaradıcılıq fəaliyyəti ilə məşğul olurdu. Buraya publisistik əsərlər, şeirlər, ssenarilər daxildir. Yaradıcılıq fəaliyyəti dövründə 15-dən çox kitaba müəlliflik edib. Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. “Vətən sevgisi” (1978), “Yollarda ömür” (1981), “Mənə inan” (1983), “İnsanın dərki” (1995), “Ümid yeri” (2003), “Heydər Əliyevin yadigarları” (2004) və “Seçilmiş əsərləri” (2010) kitablarının müəllifidir. Tədqiqatçı-alim Gülhüseyn Kazımlı həm də görkəmli xanəndələr, ifaçılar haqqında oçerk, məqalə və kitabların müəllifidir. G.Kazımlı görkəmli muğam ifaçıları haqqında radiooçerklərin müəllifi kimi də tanınır. O, son illər Beynəlxalq Muğam Mərkəzində muğam sənətinin təbliği ilə əlaqədar çeşidli tədbirlər və müxtəlif layihələr həyata keçirirdi. Burada “Unudulmayanlar” və “Dəyirmi masa” kimi layihələrin koordinatoru idi. Вернуться назад |