Главная > Mədəniyyət > Üç yüzdən çox iddiaçının xarici dillər üzrə fəlsəfə doktoru imtahanı verəcəyi gözlənilir
Üç yüzdən çox iddiaçının xarici dillər üzrə fəlsəfə doktoru imtahanı verəcəyi gözlənilir18-02-2024, 10:28. Разместил: azadses |
Fevralın 18-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən doktorantura, dissertantura və adyunkturada təhsil alan və ya təhsilini bitirmiş iddiaçıların xarici dillər üzrə fəlsəfə doktoru imtahanı keçirilir. DİM-dən "Report"a bildirilib ki, imtahanda 309 iddiaçı iştirak edəcək. 302 nəfər ingilis dili, 3 nəfər fransız dili, 4 nəfər isə alman dili üzrə imtahan vermək üçün qeydiyyatdan keçib. Bakı və Naxçıvan şəhərlərində təşkil edilən imtahan saat 11:00-da başlanacaq. Saat 10:45-də buraxılış rejimi başa çatacaq. İddiaçılar imtahana şəxsiyyəti təsdiq edən sənədin əslini və buraxılış vərəqəsini gətirməlidirlər. İmtahanın müddəti 2 saat 30 dəqiqədir. İmtahan müddətinin ilk 1 saat 30 dəqiqəsi test tapşırıqlarının cavablandırılmasına, son 1 saatı isə yazılı tapşırığın yerinə yetirilməsinə (vizual məlumatın yazılı təsviri üçün) ayrılır. DİM imtahan iştirakçılarının nəzərinə çatdırır ki, “cavab kartı”ndakı məlumatlar optik qurğu vasitəsilə oxunur. Ona görə də optik qurğuların tələblərinə əsasən, “cavab kartı”nı qara və ya tünd göy rəngdə yazan mürəkkəb axıtmayan diyircəkli qələmlə, yaxud tünd rəngdə yazan sadə karandaşla doldurmaq lazımdır. Cavablar üçün nəzərdə tutulmuş dairələrin içi göstərilən növ qələmlərlə və ya karandaşla tam qaralanmalıdır. Apellyasiya müraciətləri zamanı təlimata uyğun olmayan formada qeyd olunmuş cavablar, o cümlədən cavabın optik qurğu tərəfindən səhv kimi nəzərə alınması ilə nəticələnən düzəlişlərə (məsələn qapalı sualda iki dairənin qaralanması və s.) baxılmayacaq. Bununla bağlı tövsiyə olunur ki, cavab kartında cavabları tam əmin olduqdan sonra qeyd edin və ya cavab kartında imtahan bitənədək hər hansı düzəliş etmək imkanının olması üçün dairələri karandaşla qaralayın. İmtahanın keçirilməsi üçün 2 imtahan bina, 4 imtahan rəhbəri, 2 ümumi imtahan rəhbəri, 31 nəzarətçi, 4 buraxılış rejimi əməkdaşı (mühafizə) ayrılıb. Qeyd 1. Fevralın 18-də keçirilən imtahan dinləyib-anlama, oxuyub-anlama, dildən istifadə (leksik-qrammatik tapşırıqlar) və yazı bloklarından ibarət olacaq. Bu imtahanda iştirak etməyən iddiaçılar danışıq bloku üzrə imtahana buraxılmırlar. Danışıq bloku üzrə imtahan martın 4-də keçiriləcək. Danışıq bloku üzrə imtahanda iştirak etməyən iddiaçılar ilk 4 blok üzrə 30 bal və daha yüksək nəticə göstərsələr belə, şəhadətnamə ilə təmin olunmayacaqlar. Qeyd 2. Həm xarici dil üzrə fəlsəfə doktoru imtahanlarında, həm də əcnəbi və vətəndaşlığı olmayan iddiaçılar üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanında namizədlərin və iddiaçıların hər bir test tapşırığına düzgün cavabı bir balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. Vizual məlumatın təsviri və danışıq bloku üzrə tapşırıqlar 10 ballıq şkala üzrə qiymətləndirilir. Beləliklə, imtahanda toplanıla biləcək maksimal bal 50-yə bərabərdir. Dinləyib-anlama, oxuyub-anlama, dildən istifadə (leksik-qrammatik tapşırıqlar), yazı və danışıq blokları üzrə balların minimum 20 faizini, ümumilikdə isə xarici dil üzrə fəlsəfə doktoru imtahanından azı 30 bal toplamış iddiaçılar və əcnəbilər üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanından azı 25 bal toplamış iddiaçılar imtahanın nəticəsinə qoyulan tələbi ödəmiş hesab edilirlər. Вернуться назад |