Главная > Mədəniyyət > Alimlərdən yaşayış üçün əlverişli planetləri müəyyən etməyin yeni üsulu

Alimlərdən yaşayış üçün əlverişli planetləri müəyyən etməyin yeni üsulu


30-12-2023, 08:00. Разместил: azadses
Birmingem Universiteti (Böyük Britaniya) və Massaçusets Texnologiya İnstitutundan (ABŞ) beynəlxalq tədqiqatçılar qrupu atmosferdəki CO2 (karbon dioksid) səviyyəsinin ölçülməsinə əsaslanaraq, yaşayış üçün əlverişli planetləri aşkar etmək üçün yeni üsul hazırlayıblar.

"Report" xəbər verir ki, tədqiqatın nəticələri "Nature" jurnalında dərc olunub.

Alimlər izah ediblər ki, nəzəri astronomik anlayış olan yaşayış qabiliyyəti göy cisminin öz səthində suyu qəbul edib saxlamaq qabiliyyətinə malik olması deməkdir. Ulduzlarına çox yaxın və ya onlardan çox uzaq olan planetlər “yaşayış zonası”nın xaricindədir.

Tədqiqatçılar bir planetdə həqiqətən maye suyun olub-olmadığını müəyyənləşdirmək üçün istifadə edilə bilən yeni "yaşayış qabiliyyəti imzası" müəyyən ediblər. Əvvəllər alimlər planetin potensial yaşayış qabiliyyətini onun səthindən ulduz işığının əks olunması ilə qiymətləndirirdilər. Atmosferdəki karbon dioksid səviyyəsini ölçməklə okeanları olan planetləri müəyyən etmək olar ki, bu da onlarda həyatın olma ehtimalını artırır.

Alimlər namizədlərin atmosferindəki karbon qazının miqdarını qonşuları ilə müqayisə etməyi təklif edirlər. CO2 səviyyəsinin aşağı düşməsi atmosferdən çıxan qazın okeana əriməsi və ya planet miqyaslı biokütlələrə udulması deməkdir.


Вернуться назад