Главная > Mədəniyyət > Nazir: "Tibb sahəsi üzrə proqramlar təkmilləşdirilməlidir"
Nazir: "Tibb sahəsi üzrə proqramlar təkmilləşdirilməlidir"9-10-2023, 18:40. Разместил: azadses |
"Tibb sahəsi üzrə proqramların bir qədər də təkmilləşdirilməsinə, eləcə də təcrübə hissəsinin artırılmasına, eyni zamanda tibb təhsili coğrafiyasının genişlənməsinə də ehtiyac var". "Report" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Bakıda ilk dəfə keçirilən tibb təhsili üzrə beynəlxalq konfransda çıxışı zamanı deyib. Onun sözlərinə görə, bu günədək tibb təhsili sahəsində bir sıra nailiyyətlər əldə edilib: "Həkimlik ixtisasını seçənlər ən yüksək nəticə göstərənlərdir. Yəni ölkədə istedadlı insanlar tibb təhsilini seçir. Rəqəmsal və texnologiya baxımından əvvəlki illərin həkimi ilə indikilər arasında ciddi fərq olacaq". Вернуться назад |