Главная > Mədəniyyət > Nazilə gənclərin boşanmasından danışdı: “Sizi böyütmürük ki, bizə dərd verib qocaldasınız”

Nazilə gənclərin boşanmasından danışdı: “Sizi böyütmürük ki, bizə dərd verib qocaldasınız”


12-08-2020, 10:21. Разместил: azadses
Şair Nazilə Səfərli son zamanlar gənclərin boşanma xəbərlərinə qalmaqal yaradacaq reaksiya verib.
Azad Səs xəbər verir ki, bu barədə “Instagram” hesabında öz fikirlərini bölüşən şair bildirib ki, evlənmək qonaq getmək deyil:
“Son günlərdə gündəmi zəbt edən boşanmalar bir ana kimi məni narahat etməyə bilməz. Əziz gənc dostlarım, evlənmək çox asandır. Ev olmaq isə çətindir. Səbr, əzm, sədaqət, ən nəhayət, sevgi ilə ev olur adam. Nə ev alırsınız, nə cehiz, nə paltar. Bütün yükü valideynlərə yükləyirsiniz.
Ürəyiniz istəyən insanla da evlənirsiniz. İndi heç kimi zorla evləndirmək olmur. Evlənmək qonaq getmək deyil. Evlənmədən öncə yaxşı düşünün.
Sizin boşanmalarınızın bədəlini ən çox valideynlər ödəyir! Biz sizi böyütmürük ki, siz bizə dərd verib qocaldasınız! Ağlınızı başınıza yığın. Qoy, izdivacınız gec olsun, amma yarımçıq olmasın”.

Вернуться назад