Главная > Mədəniyyət > Avstraliya Muzeyində alimlər sirli artefaktın mənşəyini aşkar ediblər
Avstraliya Muzeyində alimlər sirli artefaktın mənşəyini aşkar ediblər14-09-2023, 15:23. Разместил: azadses |
Yaşının 240 milyon ildən çox olduğu təsbit edilən daşlaşmış heyvan qalığı uzun müddət Avstraliya Muzeyində saxlanılsa da, elm adamları onun hansı heyvana məxsus olduğunu müəyyən edə bilməyiblər. Heyvanın cəsədinin inanılmaz dərəcədə yaxşı əks olunduğu daş ötən əsrin sonunda yerli karxanada tapılaraq Sidneydəki Avstraliya Muzeyinə təhvil verilib. Qabaqcıl texnologiyaya əsaslanan son araşdırmalar sirli izin uzunluğu təxminən bir metrə çatan tarixdən əvvəlki amfibiya skeletinə aid olduğunu aşkar etməyə imkan verdi. Timsah və salamandranın hibridinə bənzəyən heyvan ilk dinozavrlar ortaya çıxdığı dövrdən əvvəl Yer kürəsində yaşayıb, sonra isə onlarla qonşu olub. Suda-quruda yaşayan heyvan, göründüyünə görə, vaxtının çox hissəsini suda balıq və digər suda yaşayan canlıları ovlamaqla keçirirdi. Yeni heyvan növünə “Arenaerpeton supinatus” adı verilib. Alimlərin sözlərinə görə, qədim heyvanların daşda izlərinin bu dərəcədə yaxşı qorunub saxlanmasına çox nadir hallarda rast gəlinir. “Biz başı bədənində olan skeletlərə elə də tez-tez rast gəlmirik, yumşaq toxumaların qorunub saxlanması isə daha nadir rast gəlinən haldır”, - deyə onlar bildiriblər. Mənbə: aif.ru Вернуться назад |