Главная > Mədəniyyət > Emin Əmrullayev: “Bu il 56 min insan müəllim olmaq istəyir”
Emin Əmrullayev: “Bu il 56 min insan müəllim olmaq istəyir”6-07-2023, 11:26. Разместил: azadses |
“Bu il 56 min insan müəllim olmaq istəyir”. “Report” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Sertifikatlaşdırma: Peşəkar müəllim-keyfiyyətli təhsil” tədbirində deyib. Nazir bildirib ki, müəllimlik peşəsi ən rəqabətli sahədir: “Rəqabətin olması sözsüz ki, yaxşıdır. Bu baxımdan sertifikatlaşdırma prosesinin aparılmasının üstün cəhətləri çoxdur. Bir görürük ki, sertifikatlaşdırma prosesi müəllimlərin maaşının artırılmasına da öz töhfəsini verib”. “Biz sertifikatlaşdırma prosesini müəllimlərin həyatını yaxşılaşdırılmasına hesablamışıq. Prosesin birinci hissəsi 2027-ci ildə yekunlaşdıqdan sonra ikinci hissəsi barədə işlər görüləcək”, - o, əlavə edib. Вернуться назад |