Главная > Mədəniyyət > İsmail Serageldin: "Nizami Gəncəvinin irsi məndə həmişə dərin təəssürat yaradıb"

İsmail Serageldin: "Nizami Gəncəvinin irsi məndə həmişə dərin təəssürat yaradıb"


8-06-2023, 18:07. Разместил: azadses
“Dahi Nizami Gəncəvi təkcə nadir şəxsiyyət deyil, həm də dövrün şairi və mütəfəkkiri idi, Nizami Gəncəvinin irsi məndə həmişə dərin təəssürat yaradıb”.

"Report" xəbər verir ki, bunu Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin bu gün Gəncədə şairin zəngin irsinə həsr olunmuş paneldə çıxışı zamanı deyib.

O, böyük mütəfəkkirin adını daşıyan Beynəlxalq Mərkəzin fəaliyyətə 11 il əvvəl başladığını vurğulayıb.

“Nizami Gəncəvinin irsi məndə hər zaman dərin təəssürat yaradıb. O, təkcə ədəbiyyatda deyil, həm də bir çox sahələrdə - riyaziyyat, hüquq, astronomiya və s. üzrə fərqlənib”, - o vurğulayıb.

Onun sözlərinə görə, bu gün dünya bir çox sosial problemlərlə üzləşib və Nizami Gəncəvi hələ o dövrlərdə əsərlərində bu problemlərdən danışıb: “O, humanizm, gender bərabərliyi ideyalarını tərənnüm edib, qadınlara hörməti aşılayıb”.


Вернуться назад