Главная > Mədəniyyət / Manset > Bir qrup şəxsə “Əməkdar jurnalist” fəxri adı və Prezidentin fərdi təqaüdü verilib

Bir qrup şəxsə “Əməkdar jurnalist” fəxri adı və Prezidentin fərdi təqaüdü verilib


30-11-2022, 18:47. Разместил: admin
Prezident İlham Əliyev Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup şəxsə “Əməkdar jurnalist” fəxri adı və Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi ilə bağlı sərəncam imzalayıb.

Bu barədə AZƏRTAC məlumat verib.

Sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Yeni Azərbaycan Partiyasının 30 illiyi münasibətilə qərara alıram:

1. Aşağıdakı şəxslərə “Əməkdar jurnalist” fəxri adı verilsin:

Əliyev İlham Yaylaqalı oğlu

Musayev Alqış Həsən oğlu.

2. Aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin:

Xəlilov Zahid Abdulla oğlu

Şadlinski Vaqif Bilas oğlu

Vəliyev Misirxan İzzət oğlu”.
Вернуться назад