Главная > Mədəniyyət > Bakıda “9 Bitik” təqdim olundu - Video

Bakıda “9 Bitik” təqdim olundu - Video


13-11-2022, 10:19. Разместил: admin
Tanınmış türkoloq alim, filologiya elmləri doktoru, professor Firudin Ağasıoğlunun 30 ildir üzərində işlədiyi doqquz cilddən ibarət “İslamöncəsi Türk Tarixi” adlı ensiklopediya elmi ictimaiyyətə təqdim olunub.

“Qafqazinfo” xəbər verir ki, türk dünyasının tarixinə olduqca böyük töhfə ola biləcək, Anadolu və Azərbaycanda türk xalqlarının keçmişi ilə bağlı müxtəlif manipulyasiyalara birdəfəlik son qoyacaq ensiklopediya İstanbulda nəşr edilib.

Təqdimat mərasiminin moderatoru, Milli Məclisin deputatı, Xalq şairi Sabir Rüstəmxanlı ensiklopediya haqqında fikirlərini söyləyib. O, kitabın Azərbaycan və bütövlükdə türk dünyası üçün qiymətli bir töhfə olduğunu qeyd edib.

Daha sonra çıxış edən sabiq təhsil naziri Misir Mərdanov Firudən Ağasıoğlu ilə olan xatirələrini bölüşüb. O, təqdimatı keçirilən ensiklopediyanın türk dünyası üçün böyük əhəmiyyətə malim tam yeni kitablardan ibarət olduğunu bildirib.

Qeyd edək ki, doqquz cilddən ibarət “İslamöncəsi Türk Tarixi” adlı ensiklopediyası “Palmali” Şirkət Qrupunun prezidenti, azərbaycanlı iş adamı Mübariz Mənsimovun dəstəyi ilə İstanbulda nəşr edilib.


Вернуться назад