Главная > Mədəniyyət / Manset > Prezident azərbaycanlı dirijoru təltif etdi

Prezident azərbaycanlı dirijoru təltif etdi


28-10-2022, 14:10. Разместил: admin
Prezident İlham Əliyev Rauf Canbaxış oğlu Abdullayevin 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Bununla bağlı Prezident.az məlumat yayıb.

Sərəncama əsasən, R.Abdullayev Azərbaycan musiqi mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə təltif edilib.

Qeyd edək ki, Rauf Canbaxış oğlu Abdullayev Azərbaycan dirijoru, Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və bаş dirijоru, Azərbaycan SSR xalq artistidir.
Вернуться назад