Главная > Mədəniyyət / Manset > Azərbaycanda televiziya və radio yayımçıları əməkhaqqına nə qədər pul xərcləyiblər?
Azərbaycanda televiziya və radio yayımçıları əməkhaqqına nə qədər pul xərcləyiblər?25-05-2022, 11:15. Разместил: admin |
Azərbaycanda televiziya və radio yayımçılarının xərcləri haqqında məlumat açıqlanıb. “Report” xəbər verir ki, bu barədə Azərbaycanda audiovizual industriya bazarının 2021-ci il üzrə göstəricilərində qeyd olunub. 2021-ci il ərzində yayımçıların xərclərinin ən iri istiqamətləri aşağıdakılar olub: - Əməkhaqqı fondu - 49 500 000 manat; - Yayım xərcləri - 13 300 000 manat; - Yerli kontent xərcləri - 6 700 000 manat; - Xarici lisenziyalı kontent xərcləri - 4 200 000 manat. Вернуться назад |