Главная > Mədəniyyət > Balaş Qasımov yenidən İTV-nin baş direktoru seçilib
Balaş Qasımov yenidən İTV-nin baş direktoru seçilib24-05-2022, 13:42. Разместил: admin |
İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsinə seçkilər keçirilib. Azadsəs.az xəbər verir ki, seçkilər Audiovizual Şuranın inzibati binasında baş tutub. “İctimai televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.3, 21.1-ci maddələrinin tələblərinə uyğun olaraq, səsvermənin yekun nəticələrinə əsasən, Qasımov Balaş Ələkbər oğlu yenidən İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsinə seçilib. Belə ki, Yayım Şurasının 9 üzvü gizli səsvermədə iştirak edib və onlardan 9 nəfəri də Balaş Qasımovun lehinə səs verib Qeyd edək ki, İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsinə 8 nəfər namizədliyini irəli sürmüşdü. Onlar aşağıdakılardır: Nəsirov Rəşad Barat oğlu, Məmmədzadə Tural Sahib oğlu, Həsənov Anar Bəybala oğlu, Abbasova Təranə Süleyman qızı, Qasımov Balaş Ələkbər oğlu, Əliyev Ədalət İsaxan oğlu, Əlizadə Üzeyir Əli oğlu, Nağıyev Anar Əlişah oğlu. Xatırladaq ki, Balaş Qasımov 2018-ci ildən İctimai Televiziya rəhbərlik edir. Вернуться назад |